10:15

13.02.2019

Qeyri-adi müsbət emosiyaların maraqlı planeti - Quba Planet Əyləncə Parkı

 
Quba Planet Əyləncə Parkı
 

Aktiv istirahət nədir? Yalnız zirvələrin fəthi, paraşütla tullanma, veloturizm və çadır ilə turistik gəzintilərmi? Xeyr! Əyləncə parkında da eyni aktiv istirahət mümkündür ki, bunun effekti piyada turistik gəzinti və ya fitness salonunda məşgələyə bərabər ola bilər; hətta, bonus olaraq, depressiya və stresdən azad olmaq baxımından məşhur psixoterapevtlə müqayisə edilə bilər.

Əgər bu park həm də möhtəşəm beşulduzlu otelin ərazisində, Azərbaycanın füsunkar təbiətinin qoynunda yerləşirsə, aldığınız təəssürat və müsbət emosiyalar sizə bir ilə kifayət edəcək.

Lakin ... siz Quba Palace Otel-siz bir il dözməyəcəksiniz; bura bir dəfə gəldikdə, demək olar ki, tez bir zamanda qayıtmaq istəyirsən. Və otel ərazisində yerləşən gözəl Quba Planet Əyləncə Parkında yaşadığınız emosiyaları bir daha yaşamaq istəyəcəksiniz.

Birincisi, burada, Quba Planet ətrafındakı mənzərə insanı valeh edir. Parkın adı çox dəqiqdir: yaşıllığa bürünmüş möhtəşəm dağlar möcüzəvi, fantastik planetin qeyri-adi abı-havasının hökmranlıq etdiyi ərazi ilə harmonik vəhdət yaradır. Burada hər zövqə, yaşa və cəsarət dərəcəsinə uyğun 12 müxtəlif attraksion var.

Əminik ki, Quba Palace Hotel-in həm kiçik qonaqları (otelin özündə də uşaq əyləncə mərkəzi var; burada bütün şərait, o cümlədən, tərbiyəçi xidməti də mövcuddur), həm yeniyetmələr, hətta böyüklər belə parkın bütün attraksionlarını yüksək qiymətləndirəcəklər; buna görə, ilk növbədə, "böyüklər" üçün attraksionlardan, yəni kiçik uşaqların girişinə icazə verilməyən yerlər haqqında danışacağıq.

Lakin, hər yetkin adam da onların bəzilərində yellənə bilməz! Amma xüsusilə cəsarətlilər üçün-biz tərəfdən layfxak: qorxu hissinin zirvəsində nə arzu etsəniz, mütləq gerçəkləşəcək. Bunu isə elə buradaca, Quba Planet attraksionlarında sınaya bilərsiniz!

 
Quba Planet Əyləncə Parkı
 

Əlbəttə ki, burada da, ənənəvi olaraq hər bir özünə hörmət edən əyləncə parkını bəzəyən bir “amerikan sürüşkəni” (roller coasters) var. “Sürüşkən” çeşidi müxtəlifdir, fərq - yalnız onların mürəkkəbliyi, başgicəlləndirici fəndlərin sayı, enmə və qalxmasındadır. Quba Planet-də sürüşkəndən alınan təəssüratı ətraf mənzərə və tər-təmiz hava bir az gücləndirir.

Yuxarı-aşağı yellənərkən nə hiss edəcəyinizi sizə danışmağın mənası yoxdur; yüz dəfə eşitməkdənsə bir dəfə sınamaq yaxşıdır. Amma dəqiq bilirik ki, "sürüşkəndən" xoşbəxt bir insan kimi enəcəksiniz: birincisi, risk edib, qorxmadınız; ikincisi, siz şən və rahatsınız, çünki attraksionda qışqırıb, gülmüsünüz, bu isə neqativdən azad olmağın ən yaxşı yoludur. Üçüncüsü isə, kim istəməz özünü  bir anlıq da olsa, yenidən uşaq kimi hiss etsin?

 
Quba Planet Əyləncə Parkı
 

Daha bir attraksion da - Discovery - yeniyetmələr və böyüklər üçün nəzərdə tutulmuşdur. Burada, qısamüddətli olsa da, özünüzü astronavt kimi hiss edə bilərsiniz: sərnişinlər yerləşmiş platforma iki müstəvidə fırlanaraq, əlavə drayv verir və sizi təxminən 20 metr hündürlüyə qaldırır. Belə dinamika xeyli həyəcan yaşadır; sağlam vestibulyator aparat və dəmir sinirlərin cəsarətli sahiblərində isə hətta asılılığa  səbəb ola bilər! Attraksion gənclər arasında çox populyardır, lakin yaşlı nəslin nümayəndələri də (sağlamlığı yaxşı olmaq şərtilə) risk edib, gəncliyini həm xatırlayıb, həm də geri qaytara bilərlər. Çünki məlumdur ki, müsbət emosiya cavanlaşdırır.

Swing Tower qülləsi- hər mənada "aparıcı" yelləncəkdir. Uçuş gözəlliyini duymaq və bir anlıq da olsa, özünü quş kimi hiss etmək istəyənlər buyursunlar bura. Xüsusi qaldırıcı qurğu adi yelləncəyi böyük hündürlüyə qaldırır və orada ... siz, heyrət içində dairə üzrə fırlanacaqsınız!

 
Quba Planet Əyləncə Parkı
 

Heyrət hissi yaşadan daha bir Space-Gun attraksionu-“kosmik” yelləncəkdir ki, əvvəl bir, sonra digər tərəfə "360" dərəcə tam dairə vurur. Bəzən sərnişinlər əyləşmiş kabinə ən yüksək nöqtədə "donur" və onlar başıaşağı vəziyyətdə asılı qalır: bu zaman dünyanın faniliyi yada düşür, bağışlama, yaxınına məhəbbətin vacibliyi xatırlanır. Bəri başdan deyirik: bu “yelləncəkdə” yellənmək hər kəsin işi deyil, amma cəsarət etmişlər "yerə" tam bağqa insan kimi dönürlər-sınanılıb!

Yüksəklikdən qorxanlar isə Dark ride – da qatarla gəzərək bir çox ssenarilər yaşaya bilər. Attraksionun xüsusiyyəti –insanı virtual reallığa salmaq, hətta ətraf effektlərlə əlaqə yaratmaqdır. Bir sözlə, həm böyüklər, həm də uşaqlar üçün maraqlı olacaq.

Sadəcə gülmək və əylənmək istəyirsinizsə - “köhnə” avtodromda maşınları “toqquşdurmaq”, dostlarla kiçik “qəzalar” törətmək olar.

 
Quba Planet Əyləncə Parkı
 

Əgər yenə də nə isə "kəskin" bir şey istəsəniz - "Qorxu otağına" buyura bilərsiniz! Bu əlbəttə ki, kvest deyil, lakin siz ordan çıxanadək girdiyinizə min dəfə peşiman olacaqsız. Çünki kvest-də sizin azad olmaq sürətiniz yalnız öz ağlınız, qabiliyyət və bacarığınızdan asılı olduğu halda, burada sizi əməlli-başlı qorxutmayınca buraxmayacaqlar. "Otaq" isə həqiqətən qorxuludur: ruhlar, qəflətən peyda olan ölülər, monstrlar və digər qorxunc personajlar müasir səs və video effektləri ilə birlikdə çox real görünürlər. Həm də artıq digər ziyarətçilər qorxu və dəhşətdən elə qışqırırlar ki, bu sizin emosiyaları bir az da artırır. Bir sözlə, adrenalin sıçrayışı təmin edilir!

Lakin parkın işçiləri içəridə baş verənləri diqqətlə izləyir və daha çox təsirlənənləri dərhal dəhşətli otaqdan azad edirlər.

Bəs, Quba Planet-in ən kiçik ziyarətçiləri nə etsinlər? Onlar üçün də xeyli maraqlı attraksion var! Onlar üçün bir neçə karusel, «Mini- tower», hətta ata-ana ilə birgə gəzinti üçün "Ailə qatarı"- da var. Daha böyük uşaqlar “Safari konvoy” – da cip sürərək, macəra yaşaya bilərlər. Uşaqlıqdan "atışma" sevənlər isə "Kosmik silah" attraksionunda öz məharətini yoxlaya bilərlər.

 
Quba Planet Əyləncə Parkı
 

Ən xoşagələni isə odur ki, Quba Planet-də olduqca pozitiv və aktiv istirahətdən sonra Quba Palace otelinin rahat otaqlarına dönüb, zəngin və xoş həftəsonunu tamamlayacaqsınız.

Sizi gözəl parkımızda gözləyirik!

 

Diqər xəbərlər

Bütün məqalələr