Restoranlar və Barlar

"The Challette Steak House" Restoranı

"The Challette Steak House" Restoranı

Möhtəşəm dağ mənzərəli “Challette” fine-dining restoranıdır və eyni zamanda “Steak House” adlanır. Saat 13:00 - 23:00 arasında fəaliyyət göstərir. Sonuncu yemək sifarişi saat 23:00-də qəbul edilir. Restorana həm kanat, həm də maşın yolu ilə getmək mümkündür. Təqdim olunan menyuda bir neçə növ steyk, kabab çeşidləri, müxtəlif şorba və salatlar var. Yeməklər həm xarici, həm də yerli mətbəxdən təqdim olunur. Restoranın birinci mərtəbəsində çay, qəhvə və müxtəlif sərinləşdirici, həmçinin spirtli içkilər servis olunur. İkinci mərtəbə isə yalnız yemək və çay servisi üçün nəzərdə tutulub.