Otaqlar

"Presidential Suite" Otağı

"Presidential Suite" Otağı

“Quba Palace” otelinin ən lüks nömrəsidir. Əsas binada yerləşir, sahəsi 945 m2-dir, 6 nəfərlikdir. Bu nömrə otaqlarının sayı, interyeri, daxili tərtibatı, texniki imkanları və xidmətləri ilə seçilir. 

Prezident Suiti bir neçə otaqdan ibarətdir: bir əsas yataq otağı, iki nəfər üçün əlavə 2 yataq otağı, 1 qonaq otağı, 2 xidmətçi otağı, 4 terras, görüş otağı, konfrans zalı, həmçinin mətbəx, yemək otağı və mühafizə otağı. Burada 5 LCD TV, hər otaqda xüsusi cakkuzili vanna otağı, minibar, sauna, türk hamamı, WiFi və fen mövcuddur. 

Otaqların daxili tərtibatında isti rənglərdən istifadə edilib və bütün mebellər təbii taxtadan, yüksək keyfiyyətli materiallardan hazırlanıb. Qonaqlara fransız üslubunda qüsursuz yataq dəstləri, hamam xalatları və təbii tərkibli kosmetik vasitələr təqdim edilir.