Əyləncə

Uşaq Əyləncə Mərkəzi

Uşaq Əyləncə Mərkəzi

Uşaqlar bizim ən sevimli qonaqlarımızdır, onlara sevinc, unudulmaz, pozitiv əyləncə bəxş etməyə çalışırıq. Əyləncə bölməsinə daxil olan “Kids Club”da müxtəlif uşaq əyləncə oyunları, elektronik oyunlar, masaüstü oyunlar mövcuddur. Həmçinin burada yemək, içki, çərəz və s. sifarişlər qəbul olunur və qonaqlar üçün oturma yerləri mövcuddur. Balaca qonaqlarımız qeyri-adi ad günü tədbirlərindən, onlar üçün hazırlanmış xüsusi şoulardan, maraqlı karnavallardan, oyunlardan yorulmur, onların bitməsini istəmirlər. 

Karnaval – müxtəlif rəngli kostyumlar geyinmək, musiqi alətlərində ifa etmək və mahnı oxumaq, bütün bunlar uşaq karnavallarının əyləncəli hissələridir.  

Kid's Disko – musiqi, əyləncə, rəqs, bolluca şənlik gənc qonaqlarımızı xoşbəxt edəcək. 

Kid's Şou – sevimli qəhrəmanlarımız ilə əyləncəli rəqs şousu unudulmaz olacaq.