Restoranlar və Barlar

Le Coquet Seafood

Təzə dəniz məhsulları və incə dadların harmoniyası

Le Coquet Seafood – Zərif atmosferada möhtəşəm dəniz ləzzətləri


Le Coquet Seafood Restaurant qonaqlarına dəniz məhsullarının dadını çıxarmaq üçün unikal və zərif məkan təqdim edir. Burada hər an unudulmaz ləzzət təcrübəsinə çevrilir.


Ünvan: Quba Palace Hotel-in süni göl sahilində möhtəşəm mənzərəli məkanda

Atmosfer: Zövqlə tərtib olunmuş interyer, panoramik pəncərələr və yay terası

 

Təbiətin qoynunda qastronomik zövq


— Göl və dağ mənzərələri ilə xüsusi istirahət imkanı

— Romantik və rahat mühit, xüsusilə gün batımı zamanı unudulmaz anlar

— Təbiətin, gurme mətbəxin və incə estetikanın harmoniyası

 

Menyunun seçilmiş ləzzətləri


Restoran dəniz məhsulları və təzə balıq yeməkləri ilə tanınır və menyusunda aşağıdakıları təklif edir:

— Xüsusi hazırlanmış şorba və salatlar

— Qril və sobada bişirilmiş balıq növləri

— Şef aşpazın eksklüziv isti yeməkləri

— Zəngin şərab siyahısı və ləzzətli desertlər


İstifadə olunan bütün məhsullar təzə və ekoloji cəhətdən təmizdir. Qonaqlar, otelin xüsusi balıqçılıq sahəsində tutduqları balıqdan özlərinə xüsusi yemək sifariş edə bilərlər.

 

Xüsusi tədbirlər üçün ideal məkan


— Romantik şam yeməyi və bayram məclisləri üçün mükəmməl seçim

— Banketlər, korporativ tədbirlər və fərdi məclislər üçün rezervasiya imkanı

— Premium xidmət və qonaqpərvərlik, yüksək komfort təcrübəsi


Le Coquet Seafood – Quba Palace Hotel-də gurme ləzzət və möhtəşəm mənzərənin ünvanı!