06:00
05.06.2021Balıqçılıq Azərbaycanda
Balıqçılıq - sənət, hobbi yoxsa idmandır? Quba Palace Hotel-də siz bunun cavabını tapa bilərsiniz!
Təcrübəli balıqçılar əbəs yerə demirlər ki, balıqçılıq tək hobbi deyil, həm də bir incəsənətdir. Bununla razılaşmamaq çətindir: bunun üçün bu istirahət növünün çətinliyi və incəliklərini araşdırmaq kifayətdir. Hər bir şey ilk göründüyü qədər sadə deyil; balıqçılıq – bütöv bir elmdir! Təsadüfi deyil ki, balıqçılıq haqqında çoxsaylı jurnal, televiziya verilişləri və filmlər var. Bu nədir ki; ona həsr olunmuş bütöv bir televiziya kanalı da var!
Yeri gəlmişkən, balıqçılar özləri də zarafat edir ki, balıqçılıq yalnız ondan danışdıqda bir incəsənətdir, iş balıq tutmağa çatanda isə artıq bu idmandır. Burada hər şey, əlbəttə ki, balıqçılığa münasibətin ciddiliyindən asılıdır, lakin onun birmənalı olaraq zövq verməsi danılmazdır.
Təcrübəli balıqçılar müsbət emosiyanı tək balıq tutmaqdan deyil, həm də prosesin özündən – gözləmədən, tilovun tərpənməsindən, həmfikirləri ilə asta söhbətlərdən alırlar. Həmfikirləri isə yalnız burda tapmaq olar, çünki heç də hamı başa düşə bilmir ki, axı nəyə gərəkdir evdən bu qədər uzaqlara getmək, qalın otluqları aşmaq, qayıqla üzmək, hətta soyuq havada belə.…. Bunu yalnız balıq ovunu həyat tərzinə çevirmiş əsl balıqçılılar başa düşər.
Nədir balıqçılığın gözəlliyi? Nədən kişilər onu bu qədər sevir? Bəlkə də, burada onlar, qadınlara görə inkişaf etmiş öz ovçu instiktini daha aydın hiss edirlər. Beləliklə, əziz xanımlar, kişilərinizin dostları ilə bir neçə günlük balıqçılıq etmək arzusuna etiraz etməyin, çünki əslində, şüuraltı onlar sizin qayğınıza qalır!
Balıqçılıqdan faydalanmanın ikinci səbəbi - təbiətə səfər, təmiz hava və onu müşayiət edən bütün üstünlüklər və alınan zövqdür. Psixoloqlar da, terapevtlər də səfalı yerdə təmiz hava ilə nəfəs almağı, qulaqbatırıcı səssizlikdə oturmağı, bütün mənfi fikirləri kənara atmağı tövsiyə edirlər. Axı balıqçılıq bir növ meditasiyadır. Kişiyə meditasiya ilə məşğul olmağı məsləhət görsəniz, ürəyincə olmaz, heç bunu başa da düşməz. Lakin mövcud yüklənmə hər bir kişi üçün neqativdən "zehni təmizlənməni" zəruri edir. Balıqçılıq isə onlara əsl meditasiyanı həyata keçirməyə imkan verir, həm də bunu hiss olunmadan və xeyli fayda ilə edir.
Bundan başqa, alimlər aşkar ediblər ki, su hövzəsi kənarında istirahət ürək döyüntülərini azaldır, qan təzyiqini normallaşdırır və tənəffüsü sakitləşdirir. Bu tam məntiqlidir: su yaxınlığında orqanizmin oksigen ilə təchizatı 15% artır.
Bundan əlavə, balıqçılıq həm də gözlər üçün bir idmandır: gündəlik həyatda biz daha çox kompüter monitoru və ya telefon ekranına baxdığımız halda, burada uzaq məsafəyə baxmaq, qarmağa nəzarət etmək lazım gəlir. Bu da çoxsaylı göz təlimləri müəllifləri tərəfindən tövsiyyə olunan vizual konsentrasiyanı təmin edir.
Təbiət qoynunda istirahət, əlbəttə ki, faydalıdır, lakin bir kişi tək göl qırağında gəzməyi özünə rəva bilməz, odur ki, o, faydalı işlə xoş bir işi birləşdirmək istəyir: həm balıq tutur, həm də sizə ov gətirir.
Bir sözlə, istənilən tərəfdən baxdıqda (hobbi, istirahət və ya idman) balıqçılıq faydalıdır. Quba Palace Hotel-də isə balıqçılıq ikiqat faydalıdır; axı, burada açıq havada balıq tutmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Oteldən çıxıb, möhtəşəm gölə gəlib ... meditasiya dünyasına qərq olmaq, zövq alıb balığın gəlməsini gözləmək kifayətdir. Komfortun yaxınlığı ilə təkliyin, sivilizasiyadan ayrı düşməyin qəribə bir kontrastı var burada. Həm də xanımınız sizin uzun müddət uzaq düşməyinizdən narahat olmayacaq. Yeni başlayan balıqçı olsanız belə, inanın ki, sizə balıqçılıq sənətini öyrətmək üçün kimsə olacaq! Yeri gəlmişkən, siz meditasiya ilə məşğul olduqda xanımınıza SPA və ya gözəllik salonunda vaxt keçirməyi məsləhət görə bilərsiniz. Həmçinin, siz ona özünüz tutduğunuz balıqdan çox dadlı şam yeməyi vəd edə bilərsiniz, belə ki, restoranların aşpazları sizin tutduğunuz balıqları həvəslə bişirəcəklər. Sizi əmin edirik ki, bu, həyatınızda yediyiniz ən ləzzətli yemək olacaq!
Quba Palace Hotel sizə balıqçılığı otelin təklif etdiyi əyləncə və istirahət növlərinin biri kimi təqdim edir. Bu hələ hamısı deyil! Lakin yüz dəfə oxumaqdansa bir dəfə görmək yaxşıdır, buna görə sizi otelimizdə gözləyirik!