06:00

01.06.2021

Sağlamlıq, Gənclik və Gözəlliyin sirri – Quba Palace Hotel-də SPA

 
Azərbaycanda SPA mərkəzi
 

SPA mərkəzləri artıq heç kəsi təəccübləndirmir, lakin buna baxmayaraq, onların populyarlığı azalmır. Əksinə, indi hər hörmətli otelin xidmətlərinə SPA-prosedurlar daxil edilir. Onlar əsasən təklif olunan prosedurların müxtəlifliyi və özəl xüsusiyyətləri ilə fərqlənir. Quba Palace Hotel qonaqlarına Şərq üslubunda unikal SPA mərkəzi təklif edir, burada qədim Şərqin əsl sehri qapıdan içəri daxil olduğunuz ilk saniyədən hiss olunur. SPA mərkəzinin interyeri Fen-Şuy fəlsəfəsinə uyğun tərtib olunub və Avropa keyfiyyətini şərq terapiyası ilə birləşdirir.

SPA nədir? Bir versiyaya görə bu, latın dilində “Sanus per Aquam”, yəni "su vasitəsilə sağlamlıq" ifadəsinin qısaltmasıdır. Digər bir versiyaya görə isə SPA sözü Belçikanın Ardinlərdə yerləşən müalicəvi bulaqlı məşhur kurortun adından götürülmüşdür. Hər iki versiya həqiqətə yaxındır, çünki ilk SPA-otellər yalnız termal bulaqların yanında yerləşirdi.

Müasir SPA mərkəzlər üçün su ilə bağlı sağlamlaşdırıcı prosedurların olması vacibdir: hovuzlar, hamamlar, saunalar, hidroterapiya seansları, masajlar, eləcə də fitnes zalıgözəllik salonu, burada maska, pilinq, skrab və sarğı prosedurlarından yararlana bilərsiniz.

 
Azərbaycanda SPA mərkəzi
 

SPA mərkəzlərinin digər vacib xüsusiyyəti prosedurların mütləq estetik və rahatladıcı olmasıdır. SPA mərkəzlərində tam rahatlıq üçün aromatik yağlar, şamlar, çiçək ləçəkləri və rahatlaşdırıcı musiqilərdən istifadə edilir. Bundan əlavə, prosedurlar zamanı istifadə olunan kosmetik vasitələr təbii tərkibli olur.

 
Azərbaycanda SPA mərkəzi
 

SPA-prosedurların məqsədi ümumi sağlamlıq profilaktikası, rahatlama və kosmetik təsirlər əldə etməkdir. Müntəzəm SPA prosedurları qan dövranını yaxşılaşdırır, dəri və əzələlərin elastikliyini artırır, toksinlərin və şlakların bədəndən çıxarılmasına kömək edir, nəticədə ümumi sağlamlıq və həyat keyfiyyəti artır. SPA prosedurları stresin təsirlərini aradan qaldırır, xroniki yorğunluğu, depressiya və gərginliyi aradan qaldırır. Bundan əlavə, oynaq xəstəliklərinin müalicəsində və immunitetin möhkəmləndirilməsində faydalıdır.

Ən populyar SPA prosedurları: masaj, bədənə sarınma, pilinq və maskalar, sauna, hamam və türk hamamıdır.

 
Azərbaycanda SPA mərkəzi
 

Quba Palace Hotel-də SPA – hər detalın mükəmməl düşünüldüyü xüsusi bir dünyadır. Peşəkar və diqqətli personal, yüksək səviyyəli ustalar, ilk saniyələrdən sizi sakitləşdirən ab-hava və möhtəşəm interyer dərhal harmoniya və rahatlıq bəxş edir.

Burada hər qonaq üçün fərdi prosedurlar proqramı hazırlanır. Sizə məhz sizin ehtiyaclarınıza uyğun hind, tay və ya bali masajı seçməyə kömək edəcəklər. Ümumi bədən masajı orqanizmə sağlamlaşdırıcı təsir göstərir, bel masajı yorğunluğu və ağrını aradan qaldırır, ayaq masajı şişkinliyi götürür, əl masajı isə yaşlanma prosesini ləngidir. Çox xoş və təsirli üz masajı isə limfa drenajını gücləndirir, dərini daha təravətli edir və sizi illərlə cavanlaşdırır.

Professional qiymətləndirmə, klassik masaj, hidroterapiya və Ericson Laboratoire Fransız kosmetikasından istifadə ilə kompleks müalicə nəticədə heyrətamiz təsir göstərir.

SPA mərkəzində, həmçinin, əsl türk hamamı fəaliyyət göstərir. Türk hamamı dərini təmizləyir, yorğunluq və gərginliyi götürür, qan dövranını yaxşılaşdırır, əhvalı yüksəldir və stressi azaldır. Bundan əlavə, idman məşqlərindən sonra əzələləri əla rahatladır.

Arzu etdiyiniz halda sauna və ya buxar otağını sınaya bilərsiniz – bu prosedurlar dəriyə qulluq üçün sizi hazırlayacaqdır. Daha sonra dərinin dərin təmizlənməsi üçün peşəkar pilinqlər və maskalardan istifadə edə bilərsiniz. Bu prosedurlar dərini təmizləyir, təravət bəxş edir və lazımi vitaminlərlə zənginləşdirir.

SPA kompleksinin bir hissəsi açıq havadadır və möhtəşəm təbiətlə əhatələnmişdir. Dağ və meşə mənzərəsi ilə açıq hovuzda üzməkdən yaxşı nə ola bilər?

 
Azərbaycanda SPA mərkəzi
 

İstirahət zonasındakı xüsusi müalicəvi fitoterapevtik çaylardan istifadə edərək dincələ bilərsiniz. Burada istirahət etdikdən sonra SPA mərkəzinin gözəllik salonunda gözəlliyinizə son toxunuşları edə bilərsiniz.

Quba Palace Hotel-də SPA – bədəniniz və ruhunuz üçün əsl hədiyyədir. Mərkəzin peşəkar əməkdaşları hər gün səhər saat 8:00-dan gecə saat 12-dək sizi gözləyir!

 

Diqər xəbərlər

Bütün məqalələr