06:00

20.06.2021

Quba Palace Hotel restoranları - xüsusi bir qastronomik dünya

Əgər siz təbiətdə həm dincəlmək, həm də bunu komfortla etmək, və eyni zamanda, özünüzə qastronomik bayram təşkil etmək istəyirsinizsə-yolunuz birbaşa Quba Palace Hotelə-dir.

 
Quba Palace Hotel restoranları
 

Oteli hər tərəfdən əhatə edən əsrarəngiz təbiət mənzərəsi, əzəmətli dağlar və aynatək şəffaf göllər, geniş qolf meydançası, tər- təmiz hava və səs-küylü həyatdan uzaq bir istirahət güşəsi - bu möhtəşəm otelin ərazisinə daxil olduqda ilk gördüyünüz və duyduğunuz bunlar olacaq.

Otel istənilən sayda qonağa hər zövqə uyğun komfortlu otaqlar; xüsusi rahatlıq və tam sərbəstliyi sevənlər üçün isə - möhtəşəm villalar təklif edir.

Otelin restoranları qonaqlara ən ləziz və nəfis yemək növlərini təqdim edir; bu ləziz təamlar ən incəzövqlü qonaqları belə əlavə istəməyə “məcbur” edəcək.

 

"Mosaic" restoranı

 
Quba Palace Hotel restoranları
 

MENYU

 

Əgər siz hər hansı səbəbdən otelin binasını tərk etmək istəmirsinizsə (məsələn, səhər və ya şam yeməyini gec yeyəcəksiniz),  "Mosaic" restoranına gəlməyiniz daha yaxşıdır. Burada səhər yeməyi saat 08:00-dən 11:00-dək, nahar -  saat 13:00-dan 17:00-a qədər, şam yeməyi isə 19:00-dan 23:00-a qədər verilir. Sizə səhər qalxıb bir yerə getmək həqiqətən də çətindirsə, səhər yeməyini otağa sifariş edə bilərsiniz. Ən xoşagələni isə sizə isveç masasının təklif olunmasıdır ki, siz bu masadan zövqünüzə uyğun şam və ya səhər yeməyi seçə bilərsiniz.  Otel restoranlarının ənənələrinə uyğun olaraq, şam və nahar ayrıca ödənilir; naharda təklif edilən menyudan özünüz seçim edə bilərsiniz.  

 
Quba Palace Hotel restoranları
 

Yeri gəlmişkən, otel restoranlarının menyusunda həm milli yeməklər, həm də avropa mətbəxinin geniş çeşidi təqdim olunub. Burada hazırlanan salatlar, şorba, burger və qutablar, naggets və dolma, pizza və brokkoli bir-biri ilə həmahənglik yaradaraq bütün qonaqların zövq və istəklərini təmin etməyə imkan verir.

Restoranın interyeri açıq, isti rənglərlə işlənmişdir ki, bu da erqonomikaya əsasən, əhval-ruhiyyəni yüksəldir. Zal 270 nəfər üçün nəzərdə tutulmuşdur, lakin hovuzun yanında əlavə olaraq 120 nəfərlik  ayrıca meydança var. Bundan əlavə, istənilən içki seçə biləcəyiniz mini bar da fəaliyyət göstərir.

 

Bar "Lobby Lounge"

 
Quba Palace Hotel restoranları
 

Əgər axşam saatlarında, həmçinin, oteldən ayrılmadan vaxt keçirmək istəyirsinizsə, “Lobby Lounge” Bar xidmətinizdədir. Barın rahat interyeri xüsusi relaks hissi yaradır, musiqi tərtibatı isə bu hissi bir az da gücləndirir. Barda fast fud yeməklərindən dadıb, bir fincan ətirli qəhvə və ya çay içə bilərsiniz; həmçinin, yerli və xarici markaların geniş çeşidli spirtli və qeyri-spirtli içkiləri sizin ixtiyarınızdadır.

 

Restoran "The Challette Steak House"

 
Quba Palace Hotel restoranları
 

MENYU

 

İndi isə, ekstrim sevənlər və istirahətini yalnız otellə məhdudlaşdırmaq istəməyənlər üçün məlumat. Çünki, Challette Steak House restoranına çatmaq üçün çox da uzaq olmayan təpəyə, restoranın yerləşdiyi yerə səyahət etməlisiniz. Əgər yüksəklikdən qorxmursunuzsa və estet olaraq gözəllik vurğunusunuz, ora kanat yolu ilə getməyi məsləhət görürük.Yüksəklikdən açılan məftunedici mənzərədən az qalır nəfəs tutula; həmçinin, siz bloq və ya sosial şəbəkə üçün maraqlı şəkillər çəkdirə bilərsiniz. Və sözsüz ki, belə kiçik adrenalin sıçrayışından sonra yemək daha dadlı olacaq.

Ancaq restorana hətta avtomobillə getsəniz, təmiz dağ havası və ordan açılan füsunkar görünüş dərhal sizi fəlsəfi düşüncələrə kökləyəcək; lakin bu düşüncələr tək mənəvi qida ilə bağlı deyil –ətrafa yayılan nəfis ətirlər təbiətdən alınan təəssüratdan heç də geri qalmır. 

 
Quba Palace Hotel restoranları
 

Yeri gəlmişkən, restoranın yerləşməsi sizdə hardasa çox uzaqda, sehirli dağlar əhatəsində, xəyallarınızın gerçəkləşdiyi möcüzəli bir yerdə olduğunuz haqda təəssürat yaradacaq. Burada hər şey təbiətlə o qədər həmahəngdir ki, Qubanın mərkəzinin yalnız bir neçə kilometrlik məsafədə yerləşməsinə inanmaq çətindir. Elə təsəvvür yaranır ki, çox uzaq bir səhralığa düşmüsüz. Restoran özü ikimərtəbəlidir: birinci mərtəbədə bir fincan ətirli qəhvə və ya çay içib, sərinləşdirici və spirtli içkilərdən dada bilərsiniz. İkinci mərtəbədə isə- iştahla nahar və ya şam etmək olar. Və həm də - əgər siz "bayquş" və ya qurmansınızsa - səhər yeməyi də yeyə bilərsiz, çünki restoran rəsmi olaraq 13:00-dan 23:00-dək işləsədə, son sifarişə qədər (saat 23:00-da sifariş daxil olmaqla) fəaliyyət göstərir.

"The Challette Steak House"-un menyusu çox rəngarəngdir. Birincisi, adına baxmayaraq, vegetarianlar üçün də yeməklər var. İkincisi, burada halal yeməklər var. Və nəhayət, üçüncüsü, təqdim olunan yeməklərin çeşidindən seçim etmək çox çətindir, çünki bunların hətta adları belə dadlı səslənir. Ənənəvi "Çoban  salatı" və "Manqal salatı" gözəl göründükləri qədər də dadlıdır, həmçinin, burada humus, badımcan rolları, pendir çeşidləri və digər qəlyanaltı və salatlardan dadmaq olar. İsti yeməklər həm milli, həm də xarici mətbəxlə təqdim olunub: burada bir neçə növ barbekü və kabab, lülə, balıq yeməkləri və bir neçə çeşiddə əla steyk var.

Bir sözlə, bura hətta nahar etmək üçün gəlsəniz belə, mütləq şam yeməyinə qədər qalacaqsız - sadəcə ona görə ki, buradan elə-belə çıxıb getmək  mümkün deyil. Buranın xüsusi aurası, bir başqa atmosferi və valehedici görünüşü var. Bura xoş əhval-ruhiyyə və yaşamaq eşqi sorağında gəlirlər.

 

"Le Coquet Seafood" Restoranı

 
Quba Palace Hotel restoranları
 

MENYU

 

Quba Palace Hotel qonaqlarına Le Coquet Seafood Restaurant poetik adlı lüks restoran təqdim etməkdən məmnunluq duyur.

Restoran otelin mərkəzində, süni göllərdən birinin sahilində yerləşdiyindən işıqlı yay terrasından açılan görünüş sadəcə fantastikdir. Ancaq siz hətta əsas zalda masa sifariş etsəniz belə, oranın panoramlı pəncərələri ətraf mənzərənin gözəlliyini gizlətməyəcək.

Restoranın interyeri həqiqətən çox dəbdəbəlidir və insanı təntənəli bir əhval-ruhiyyəyə kökləyir. Bura həm romantik görüş keçirmək, həm də əlamətdar hadisəni qeyd etmək üçün idealdır. Lakin, əgər siz həm estet, həm də qurmansınızsa, burada heç bir səbəb olmadan şam etmək bədən və ruhun gerçək bir bayramı olacaq.

 
Quba Palace Hotel restoranları
 

Günbatan vaxtı günəş şüaları, gölün güzgütək səthindən əks olunaraq, otağı yüngülcə işıqlandırıb xüsusi bir ovqat yaradır. Orijinallıq burada hər şeydədir: ətrafı bürüyən romantikada, təmiz havada, təbiətin möhtəşəm mənzərəsində...

İsti mövsümdə burada, restoranın verandasında oturub istirahət etmək xüsusi bir zövq verir. Lakin qışda da, ətrafı bürüyən qar örtüyünü seyr etmək, dekor elementlərinin xüsusi bir rahatlıq yaradan, əsl krallara layiq restoranda olmaq heç də ondan az məmnunluq yaratmır.

Adından göründüyü kimi, restoran balıq restoranı kimi təqdim olunur, lakin menyuda təklif olunan yeməklərin çeşidi çox fərqlidir. Şorbalar və salatlar, isti balıq yeməkləri və dəniz məhsulları, izqara və sobada balıq, çoxsaylı çeşiddə içkilər və dadlı desertlər – hamısı çox gözəl, faydalı və balanslıdır. Düşünürük ki,  hətta müxtəlif pəhriz pərəstişkarları burada özünə uyğun bir şey tapacaq; axı, balığın faydaları haqqında ayrıca bir məqalə yazmaq olar. Qeyd edək ki, bu restoranda yeməklərin hazırlandığı bütün məhsullar, əlbəttə ki, təzə və ekoloji cəhətdən təmizdir. Bundan əlavə, əgər siz  Quba Palace Hotel-də balıqçılıqlaməşğul olaraq, özünüzü balıqçı qismində sınamısınızsa, restoran işçiləri indicə tutduğunuz balıqdan sizə tez bir zamanda yemək də hazırlayacaqlar!

 
Quba Palace Hotel restoranları
 

Sizin səfərinizin əsl bayrama çevrilməsi üçün burada hər bir şərait var: gölün ətrafında yerləşmə, nəfis çeşidli şərab siyahısı, geniş menyu və əla xidmət.

Otelin digər restoranları kimi, Le Coquet Seafood Restaurant sonuncu sifarişə qədər açıqdır. Bundan əlavə, bayram günləri (və gecələri) burada xüsusi təmtəraqlı ziyafət və ya korporativ keçirə bilərsiniz.

Quba Palace Hotel öz ərazisində inanılmaz qastronomiya dünyası yaratmışdır ki, burada hər kəs məhz öz zövqünə uyğun hər bir neməti tapa bilər.

Siz hələ də təbiətdə harada və necə istirahət edəcəyini düşünürsünüz? Birmənalı olaraq - Quba Palace Hotel-də.

 

Diqər xəbərlər

Bütün məqalələr