06:00

07.06.2021

Azərbaycanda beşulduzlu otel

Beşulduzlu oteli digərlərindən fərqləndirən üç əsas şərtdir: rahat və gözəl yerləşmə, yüksək xidmət və cazibəli interyer. Lakin, Palace adlı otel olmaq üçün hətta bunlar da kifayət deyil. Palace otellərinin kral qəsrləri kimi olması vacib deyil: bu həm dəbdəbəli saray, həm də şüşə panoramlı müasir villa da ola bilər. Onları fərqləndirən tamam başqa cəhətdir.

 

Tarixə ekskursiya

Fransada əsrin əvvəlində ümumiyyətlə 5☆ kateqoriyalı otel yox idi; ən yüksək 4☆ Deluxe idi. Elə həmin vaxtlar Palace otelləri də yaranmağa başlandı ki, bu da dəbdəbə, stil və ən yüksək xidmətin zəmanəti demək idi. Belə otel çox az idi, lakin hər biri heyrətə layiq idi: axı onlar yeni, yüksək səviyyəli üslub və stilin yaranmasına təkan vermişlər. Palace otelin xadimələri xüsusi təlim keçir, konsyerjlər hər bir qonağın adını bilirdilər. Bundan əlavə, mehmanxanalar özləri beşulduzlu otelin bütün yuxarıda göstərilən xüsusiyyətlərini də birləşdirirdilər (xatırladaq ki, rəsmi olaraq onlar mövcud deyildi; onlar yalnız 2009-cu ildə otel biznesinin islahatı çərçivəsində ortaya çıxdılar!). Rəsmi olaraq o illər belə kateqoriya yox idi! Dövlət səviyyəsində yalnız 2010-cu ildə ratifikasiya olundu; bu zaman rəsmi olaraq  etiraf edildi ki, bu otellər sadəcə "beş" ola bilməzlər: axı onlar əzəldən digər kateqoriyalardan fərqlənirdi. Elə həmin vaxtlar Fransanın turizmin inkişafı üzrə  Agentliyi - ATOUT FRANCE, Palace otelləri digər kateqoriyalardan  fərqləndirən əsas meyarları müəyyənləşdirdi. Bunlar, artıq qeyd olunanlardan əlavə, aşağıdakılardır: tərtibat estetikası (interyerin, mebelin, hətta yataq dəstlərinin keyfiyyəti); qastronomiya; otelin unikallığı; ətraf mühitlə əlaqəsi; xidmətin keyfiyyəti və personalın yüksək kvalifikasiyası və s).

Beləliklə, Palace otellərini fərqləndirən ən mühüm meyar servisdir.

 

Azərbaycanda Palace otel  

 

Quba Palace Hotel-in Qubada, dağlar, meşələr və möhtəşəm göllər arasında, unikal qolf sahəsi üstündə yerləşməsi tam məntiqlidir. Uğurlu yerləşməsi təbiətə yaxınlığın və müasir rahatlığın uğurlu vəhdətini yaratmağa imkan verir.

Eyni zamanda, otel Azərbaycanın paytaxtı Bakıdan (171 km) iki saatlıq məsafədə olan Əski İqrıq kəndində (Qubanın mərkəzindən 7 km məsafədə) yerləşir. Siz bura hətta vertolyotla da gələ bilərsiniz – burada möhtəşəm bir helikopter meydanı var və otel xidməti çərçivəsində, ölkənin istənilən nöqtəsindən transfer mümkündür.

Bundan əlavə, Quba turistlər və Azərbaycanın qonaqları üçün ən sevilən marşrutdur, çünki burada bir çox görməli yerlər və maraqlı tarixi abidələr var. Qubanın təbiəti isə - ayrı bir aləmdir: buranın qarlı, lakin mülayim qışı və sərin gecəli rəngarəng yayı var.

Oteldə göl və dağ mənzərəli 212 otaq (və 550 yataq yeri), o cümlədən, yeni evlənənlər üçün otaqpezident lüksu vardır. Hər otaqda eyvan, mini bar, çay və qəhvə dəsti, LCD-TV, Wi-Fi var. Döşəmə xalça ilə örtülüb, vanna otağında fen var. Hər bir otağın daxili dizaynı təbii materialların isti rənglərindən işlənib, mebel təbii ağacdan və yüksək keyfiyyətli materialdan hazırlanıb. Yataq dəstləri fransız üslubundadır, hamam xalatları, dəsmallar və təklif edilən kosmetik vasitələrin əsas maddələri isə təbii komponentlərdən hazırlanmışdır.

 
Azərbaycanda beşulduzlu otel
 

Amma bu da hamısı deyil - otelin geniş, mənzərəli ərazisində 26 villa var: «Manna», «Midiya», «Atropatena» və «Urmiya». Bunlardan bəziləri süni göl sahilində yerləşir, bəziləri - dağ mənzərəsi və möhtəşəm qolf sahəsinə “baxır”, lakin hər birində dəbdəbə və təbiətə yaxınlıq atmosferi yaradılmışdır.

Bundan əlavə, oteldə türk və fin saunası, Hindistan, Tay və Bali masajları olan gözəl SPA kompleksi; tərbiyəçi xidməti təklif edən Uşaq əyləncə mərkəzi; Diamond gecə klubu, əzəmətli Quba Planet Əyləncə Parkı vardır. Otel restoranları (onların birinə kanat vasitəsilə qalxmaq olar), Avropa və milli mətbəxin çeşidləri xüsusi diqqətə layiqdir.

 
Azərbaycanda beşulduzlu otel
 

Burada göstərilən xidmətlər ən yüksək səviyyədədir; həmçinin, otel qonaqlara hədiyyə vauçerı təqdim edir ki, bu da onların dostları üçün gözəl bir hədiyyə olacaq. Vauçer otel xidmətlərindən istifadə etməyə və öz təcrübənizdə Palace kateqoriyalı otelin bütün üstünlüklərini yaşamağa imkan verir. Əlavə edək ki, Quba Palace Hotel-də populyarlığı artan qolfun əsaslarını öyrənə bilərsiniz: burada yerləşən Milli Qolf Klubu sadəcə buna “məcbur” edir. Klubun əməkdaşları isə hər kəsə həvəslə aristokratların bu oyununu xüsusiyyətlərini öyrədəcəklər.  

 
Azərbaycanda beşulduzlu otel
 

Əlbəttə ki, 5-ulduzlu otel kimi, Quba Palace Hotel işgüzar görüşlər, konfranslar və digər tədbirlər, o cümlədən, açıq havada və ya təntənəli şəkildə bəzədilmiş akt zalında toy mərasimi üçün idealdır.

Beləliklə, 5☆ və Palace kateqoriyasında biz birmənalı olaraq Quba Palace Hotel-i təklif edirik. Otelimizdə qalmağın hətta həyatı dəyişə biləcəyini anlamaq üçün qonaqlarımızın rəylərini oxumaq kifayətdir!

Necə deyərlər, seçim nə qədər zəngin olsa da, başqa alternativ yoxdur!

Sizi bütün il boyu Quba Palace Hotel-də gözləyirik!

 

Diqər xəbərlər

Bütün məqalələr