06:00

15.06.2021

Uşaqlarla istirahət üçün ideal yer

 
Uşaqlarla istirahət üçün ideal yer
 

Beşulduzlu otelə düşdükdə təklif olunan bütün əyləncə və xidmətlərdən istifadə etmək, ən azından SPA-ya getmək, boulinq oynamaq, hovuzda çimmək istəyirsən. Bir az da irəli gedərək, şam yeməyinə və hətta, gecə klubunda diskotekayada gedib, doyunca istirahət etmək istəyirsən.

Bu gün Azərbaycanın ən məşhur otellərindən biri olan Quba Palace Hotel-sadəcə, tək əsrarəngiz mənzərəli yerləşməsi, göl ətrafındakı möhtəşəm villaları, Milli Qolf Klubunun nəhəng qolf meydanı ilə tanınmır. Burada hamısını sınamaq istəyəcəyiniz bir çox əyləncə var: balıq tutmaq, qolf oynamaq, stenddə atıcılıq etmək... Hələ bu harasıdır! Buralar elə səfalıdır ki, hətta otelin geniş ərazisində gəzinti artıq özlüyündə bir istirahətdir; həmçinin, piknik də təşkil edə bilərsiniz. Bir sözlə, istək olsun, otel işçiləri isə onun reallaşmasında yardımçı olacaqlar.

 
Uşaqlarla istirahət üçün ideal yer
 

Bəs uşaqlarla gəlmisinizsə necə? Bütün böyük ailələr bilir ki, uşaqlarla istirahət xüsusi bir xoşbəxtlik və zövqdür, ancaq bir şərtlə: böyüklərin  özlərinə sərf edəcəyi bir az da olsa, vaxtın və uşaqları maraqlandıracaq məşğulliyyətin olması; axı, böyüklər üçün əyləncə onlara maraqlı deyil.

 
Uşaqlarla istirahət üçün ideal yer
 

Məhz buna görə Quba Palace Hotel-in xidmətlərindən biri - otel qonaqlarının uşaqları üçün tərbiyəçi xidmətinin təklif edilməsidir. Əmin ola bilərsiniz ki, uşaqlarınız darıxmayacaq, çünki burada onlar üçün xüsusi  istirahət zonası var – gözəl Uşaq əyləncə mərkəzi “Kid's Club”. Uşaqlarınıza necə baxılır, onların qayğısına necə qalınır- bütün bunları siz smartfonunuza qoşulmuş veb-kamera vasitəsilə müşahidə edə bilərsiniz.

“Kid's Club” mərkəzində uşaqların sevdiyi hər şey var: həm masaüstü, həm də kompüter oyunları, lap balacalar üçün oyuncaqlar; cizgi və uşaq filmləri olan kinoteatr.

Amma ən əsası odur ki, burada ustad dərsləri var!

Təsəvvür edin ki, uşağınıza əsl xalça toxumaq, onu özü ilə götürüb sevimli nənəsinə təqdim etmək nə qədər maraqlı olar? Yaxud, musiqi alətlərində çalmağı (ən azından bir az) öyrənmək, sonra isə əlvan maska ​​düzəldib, onu taxıb karnaval kostyumlarında əsl Karnavalda iştirak etmək necə?

Karnavalın ssenarisini tərbiyəçilərlə birlikdə düşünmək olar, və uşaqlar bunu çox sevirlər. Bu, həm də onların yaradıcı düşüncə inkişafı üçün faydalıdır. Məntiq oyunlarının həvəskarları isə intellektual Hama Muncuqları oyununu bəyənəcəklər.

«Kid’s Club» nəzdindəki  Kid Disko-da ritm və rəqs dərsləri keçirilir; burada əldə edilmiş bacarıqlar Karnavalda iştirak etmək üçün faydalı ola bilər. Tez bir zamanda, indi və buradaca bayram istəsələr, nəqməli, rəqsli və sevimli qəhrəmanlı Kids Şou təşkil etmək olar.

Uşaqlarınızı Uşaq əyləncə mərkəzində qoyduqda onların ac qalacaqlarını düşünməyin: xüsusi uşaq kafesində hər yaşda uşaqların sevdiyi istənilən şey var: desertlərdən tutmuş sendviçlərə, içkilərə qədər.

Yeri gəlmişkən, Uşaq mərkəzində istənilən uşaq bayramını qeyd edə bilərsiniz və məhz onun üçün hazırlanmış ssenaridə iştirak uşağı çox sevindirəcək. Axı, həm Şounu, həm Diskonu, həm Karnavalı, hətta qonaqlar üçün hədiyyələri burada, «Kid’s Club»-da özləri yarada bilər. Otel işçiləri isə oyun və müsabiqələr siyahısının tərtibatında onlara köməklik edəcək və belə rəngarəng eksklüziv bayram mütləq unudulmaz təəssürat buraxacaqdır.

Otel işçiləri əmindir ki, Uşaq əyləncə mərkəzi uşaqlarınızın sevimli   istirahət yeri olacaq. Sonra isə ailəlikcə Quba Planet Əyləncə Parkına gedə bilərsiniz; amma bu tamam başqa bir hekayədir.

 
Uşaqlarla istirahət üçün ideal yer
 

Əsas odur ki, yaşından asılı olmayaraq otel qonaqlarının həqiqətən dincəlməsi üçün Quba Palace Hotel-də bütün şərait yaradılıb.  

 

Diqər xəbərlər

Bütün məqalələr