06:00

31.05.2021

Azərbaycanda yay istirahəti – ecazkar Quba

 
Azərbaycanda yay istirahəti
 

Yay aylarında Azərbaycan paytaxtının sakinləri ənənəvi olaraq ölkənin sərin  rayonlarına istirahətə yollanırlar və Quba-Xaçmaz rayonunun yerləşdiyi şimal-şərq  sevimli istiqamətlərdən biridir. Bu başa düşüləndir: birincisi, buranın füsunkar təbiəti var, ikincisi, gündüzün istiləri sərin axşamlarla əvəzlənir. Üçüncüsü, burada bir çox memarlıq və tarixi abidələr var. Həm də buranın yolu da çox uzaq deyil: cəmi iki saatlıq yoldur, axı, Bakıdan Qubaya məsafə 168 km-dir.

Nəhayət, burada aktiv istirahəti passiv ilə uğurla birləşdirmək olar, çünki Quba yaxınlığında Azərbaycanın ən yaxşı otellərindən olan Quba Palace Hotel yerləşir.

Qubaya gedən yol boyunca get-gedə “yaşıllaşan peyzaj” insanı o qədər valeh edir ki, doğma Azərbaycanı daha çox sevməyə başlayırsan. Yayda iqlim zonalarının dəyişməsi xüsusilə nəzərə çarpır: səhrayabənzər Abşeron gür yaşıllıqla əvəzlənir. Qalın meşələr, əzəmətli dağlar – bütün bunlar insanı təbiətin passiv seyrinə və fəlsəfi düşüncələrə kökləyir.

 
Azərbaycanda yay istirahəti
 

Amma artıq Qubaya çatdıqda birdən-birə daha çox çay və şəlalə görmək istədiyini anlayırsan; onlar isə burada saysız-hesabsızdır! Əksəriyyətinin suyu tər-təmizdir, elə birbaşa çaydan içmək olar. Quba dəniz səviyyəsindən 600 metr yüksəklikdə (Şahdağ dağının şimal-şərqində), ən böyük çay olan Qudyalçayın sahilində yerləşir, buna görə də burada çoxlu sayda şəlalə var ki, onlardan ən böyüyü Afurça şəlaləsidir. Yay aylarında şəlalə xüsusilə gözəldir və estetik zövqdən əlavə, həm də sərinlik bəxş edir. Dağlarda, kifayət qədər yüksəklikdə yerləşdiyindən ora getmək üçün həqiqətən əziyyət çəkməlisiniz, çünki yolun bir hissəsini piyada qalxmaq lazım gələcək: həddən ziyadə dik yoxuşları onu kənar gözlərdən qoruyur. Şəlalə ətrafının inanılmaz gözəlliyi adamı məftun edir: gür yaşıllıq və dağlar, sanki ovuc içində, aşağıda, göz gördükcə uzanır. Şəlalə yaxınlığındakı dərədə Azərbaycanın Qırmızı kitabına düşmüş ağbaş qartallar koloniyası yaşayır. Təsadüfi deyil ki, Afurca şəlaləsi Azərbaycanın Təbiət abidələri siyahısına salınmışdır.

 
Azərbaycanda yay istirahəti
 

Yaxınlıqda yerləşən və turistlər arasında çox məşhur olan Gəçres yolu təcrübəsiz səyyaha attraksionu xatırladır; dağların, hündür ağaclı meşələrin arabir yaratdığı yaşıl tunellə qalxan dar yol və aşağıda göz oxşayan yaşıl çəmənliklər….  Yolüstü düz meşənin içində  kiçik restoran və çayxanalar görəcəksiniz ki, burada çox ucuz və dadlı kabab, təzə təndir çörəyi nuş etmək, bir neçə növ mürəbbəli çay içmək olar. Təmiz havada, ağacların kölgəsinin ən isti havada belə sərinlik bəxş etdiyi Azərbaycan təbiəti qoynunda nahardan yaxşı nə ola bilər? Həmçinin, sonra Qudyalçayın üzərindəki Tağlı körpüyə getmək, bir çox görməli yeri, tarixi abidələri ilə tanınan Qubanın özündə gəzmək olar.   

Quba həm də onunla cəlb edir ki, bura bir günlük gəlib, yenə də Bakıya dincəlmiş qayıtmaq olar, çünki təbiət və saf hava yalnız təəssürat deyil, həm də enerji bəxş edir.

Ancaq siz Qubada bir neçə gün qalmaq istəsəniz, qalacağınız yer haqqında düşünməlisiniz.  Və siz komfortlu istirahət tərəfdarısınızsa, beşulduzlu Quba Palace Hotel-də qalmanızı təklif edirik.

 
Azərbaycanda yay istirahəti
 

Otel ərazisində təbiətin toxunulmazlığı qorunub saxlanılıb, hətta tamamlanıb: burada gözəllikdə əsl göllərdən geri qalmayan süni göllər yaradılıb. Otel, arasında Milli Qolf Klubunun geniş yaşıl sahəsinin uzandığı əzəmətli dağlarla əhatə olunub. Qubanın mərkəzindən məsafə cəmi 7 km-dir  .

Siz 212 otaqdan (eyvanı və görünüşü dağ və göllərə açılan) və ya 26 villadan birində qala bilərsiniz. Otelin özündə dəbdəbəli SPA-da dincəlib, masaj, türk hamamı və ya fin saunasında qüvvənizi bərpa edə bilərsiniz. Otelin üç restoranından birində şam yeməyinə hazırlaşmaq üçün yalnız təbii kosmetik vasitələrdən istifadə edən, kosmetoloq, saç və dırnaq ustası xidmətləri təklif edən otelin gözəllik salonunu ziyarət edə bilərsiniz.

 
Azərbaycanda yay istirahəti
 

Yeri gəlmişkən, gözəl qolf qazonu, daha doğrusu, unikal qolf meydanı haqqında. Əgər siz heç vaxt qolf oynamamısınızsa, hətta aristokratların bu oyunu barədə təsəvvürünüz belə yoxdur, narahat olmayın: Qolf Klubun əməkdaşları bu populyarlaşan idman növünün sirlərinə yiyələnməkdə sizə yardımçı olacaq. İnanırıq ki, aralarında peşəkar qolf idmançıları olan otel qonaqları sizə maraqlı kompaniya təşkil edəcəklər.

 
Azərbaycanda yay istirahəti
 

Quba Palace Hotel-in gözəlliklərindən biri də onun nəhəng sahəsidir ki, burada  balıqçılıq və ya stend atıcılığı ilə məşğul olaraq, təbiətlə birliyinizi duya biərsiniz.

Maraqlıdır ki, balıq tutarkən göl ətrafının sakitliyindən sivilizasiyadan uzaq bir yerdə olduğunuzu zənn edəcəksiniz; siz burada mütləq balıq tutacaqsınız, hələ ondan sizin üçün şam yeməyi də hazırlayacaqlar. Stend atıcılığında isə özünüzdə təcrübəli atıcı istedadı aşkarlayacaqsınız.

 
Azərbaycanda yay istirahəti
 

Lakin, siz yeni fəaliyyət növü öyrənmək istəmirsinizsə, sadəcə Quba Planet Əyləncə Parkına gəlib amerikan sürüşkənlərində sürüşüb və ya Swing Tower-də rəngarəng emosiyalar yaşaya bilərsiniz. Yeri gəlmişkən, adrenalin sıçrayışını həm də otel restoranlarından biri olan The Challette Steak House-a gedən kanat yolunda da yaşamaq olar. Çox yorulub oteli tərk etmək istəmədiyiniz təqdirdə digər iki restoran, eləcə də “Diamond” gecə klubu və “Lobby Lounge” barı xidmətinizdədir.

Uşaqlarla gələn qonaqları Uşaq Əyləncə Mərkəzi xüsusilə razı salacaq; uşaqlar üçün geniş əyləncə proqramı olan mərkəzdə tərbiyəçilər uşağınıza baxacaq, siz isə bu zaman açıq hovuzda üzgüçülüklə məşğul olarsınız. Otel ərazisində stolüstü və böyük tennis, həmçinin, mini-futbol oynaya bilərsiniz.

Quba Palace Hotel-də ilin hər fəslində gözəl istirahət üçün bütün şərait yaradılmışdır, lakin yayda, axşamın sərin vaxtı otelin geniş ərazisini gəzib, möcüzəli hava ilə nəfəs alıb, ulduzları seyr edərkən bura xüsusilə gözəldir. Peyzajın özü tam relaks yaradır, personal isə sizin maksimal komfort yaşamanızın qayğısına qalacaq. 

Yayda ən yaxşı istirahət - doğma Azərbaycanın təbiətində istirahətdir və ən gözəl seçim - Qubadır!

 

Diqər xəbərlər

Bütün məqalələr