14:10

07.04.2019

“Beş ulduz” kateqoriyalı piknik

 
Piknik Azərbaycanda
 

Əgər siz həyatınızda bircə dəfə də olsa  piknikdə olmusunuzsa, dəqiq bilirsiniz ki, bu sadəcə asudə vaxt keçirmək deyil, həm də xüsusi bir zövq almaq deməkdir. Yəqin ki,  pikniklərin bu qədər populyar olması insanların  təbiətə olan sevgisindən irəli gəlir. Və bu sevgini anlamaq çox asandır;  dəniz və ya göl kənarında, yaxud da çəmənlikdə yaşıl otların üzərində uzanaraq, ləpədöyənin səsini  duyduqca, suyun sıçrayaraq ətrafa səpələndiyini müşahidə etdikcə, yarpaqların xəfif xışıltısını, quşların nəğməsini və həşəratların cır-cır səslərini dinlədikcə, doğrudan da  özünü planetin, hətta Kainatın bir fərdi, bir parçası kimi  hiss edirsən.

Məhz buna görə biz istirahət günlərini səsli küylü şəhər həyatından uzaqda keçirməyə çalışırıq ki, bu da bizim fikir və düşüncələrimizi aydınlaşdırır, neqativlərdən azad edir, həyat ruhumuzu daha da artırır. Təmiz havanın daha bir xüsusiyyəti də var: o, iştahanı artırır ki, bu səbəbdən də təbiət qoynunda istirahət pikniksiz mümkün deyil. Ancaq bilmək lazımdır ki, piknik bütövlükdə bir incəsənət deməkdir və bunun baş tutması  üçün  bir neçə sadə qaydaya riayət etmək  vacibdir.

 
Piknik Azərbaycanda
 

Piknik sözü   fransızcadan  “ot  üzərində  tez-tez, tələsik  yemək” kimi tərcümə olunur. Həqiqətən də, əvvəllər piknikdə evdə hazırlanmış, xüsusi çantalarda gətirilmiş ərzaqları, yeməkləri yeyərdilər. Bütün ərzaqlar yerə sərilmiş süfrəyə düzülər, piknik iştirakçıları isə yerdə  süfrə ətrafında sıra ilə oturardılar. Hazırda yeməkləri daha çox piknik vaxtı hazırlayırlar, bundan başqa, indiki pikniklər üçün xüsusi mebel, qab-qacaq, hətta ocaq ləvazimatı da mövcuddur. Bütün bunlar insanların özlərinin və təbiətin təhlükəsizliyi üçün vacibdir.

 
Piknik Azərbaycanda
 

Beləliklə, piknikin yaxşı keçməsi, yaddaşımızda ülvi hisslər və gözəl xatirələr qoyması üçün nələr etmək lazımdır? Birincisi, canlı, ecazkar təbiət mənzərəsi, yaxşı, təmiz hava və xoş ovqat yaradan dostlarla birgə olmaq. İkincisi, menyu, yəni xüsusi olaraq piknik  üçün əvvəlcədən hazırlanmış hazır təamlar, yaxud, manqal və ya ocaqda bişirmək üçün yarımfabrikatlar.

Nəhayət, ən başlıcası: piknik üçün yeri düzgün seçmək lazımdır. Çoxları beş ulduzlu oteldə istirahət və piknikdə istirahətə asudə vaxt keçirməyin iki fərqli növü kimi baxır. Əslində, onları bir araya gətirərək asanlıqla birləşdirmək olar; axı, müasir otellərdə, xüsusilə də mənzərəli yerlərdə yerləşən otellərdə qonaqların bütün arzu və istəkləri nəzərə  alınır.

Məsələn, QubaPalace Hotel-də təbiət qoynunda istirahət həvəskarları üçün ideal vaxt keçirmək üçün hər şəraiti olan xüsusi piknik zonası yaradılmışdır (məsələn, xüsusi quraşdırılmış masalar, çardaqlar, zibil qutuları və s.). Otelin əməkdaşları piknik menyüsü tərtib etməkdə sizə həvəslə yardım edəcək, həmçinin, seçdiyiniz məhsulları hazırlayacaq, hətta onları yemək yediyiniz yerə gətirəcəklər. İstəsəniz, onlar yeməklərin hazırlanmasında da sizə kömək edə bilərlər. Beləliklə, sizdən yalnız bir şey tələb olunur: təbiət qoynunda istirahət etmək arzusu və fantaziya, çünki pikniklər müxtəlif olur.

Qəribə görünsə də, ən asanı romantik piknik təşkil etməkdir; bunun üçün sizə yalnız ədyal, yemək dolu səbət (menyü seçməkdə otelin əməkdaşları sizə yardım edə bilərlər) və bir şüşə yaxşı şərab və ya başqa bir içki kifayətdir. Bir- birinizə ucadan oxumaq üçün maraqlı bir kitab, həmçinin, qaranlıq düşdükdə romantika və xoş ovqatı artırmaq üçün şam da götürə bilərsiniz.

 
Piknik Azərbaycanda
 

Əgər istirahətə uşaqlarla gəlmisinizsə, bu zaman uşaq piknikləri təşkil etmək çox yerinə düşər. Otelin balaca qonaqları təbiətdə həm əylənmək, həm də nahar etmək fikrini həvəslə qarşılayacaqlar. Yeri gəlmişkən, Quba Palace Hotel-in Uşaq əyləncə mərkəzinin tərbiyəçiləri uşaq piknikləri üçün konkursların ideyası ilə sizə kömək edə bilərlər. Və hətta açıq havada  keçiriləcək uşaq karnavalları üçün kostyum seçimi da edəcəklər.

Ancaq, bəzən  böyüklər də bayram etmək  istəyirlər: bunun  üçün  tematik  piknik təşkil edib, hər hansı bir tarixi dövrün  abı-havasını yaratmaq olar. Lakin bu ideya əlamətdar bir tarix üçün daha uyğundur; adi istirahət günlərində isə ailə ilə birlikdə təbiətə səfər edib pikniklə, yaxud, qız yığıncağı ilə kifayətlənmək olar. Yeri  gəlmişkən, axşamlar belə “qızlar üçün bayram” təşkil edib, fala baxıb (məsələn, ulduz falına) və ya manqal  ətrafında bir birinizə qorxulu hadisələr danışa bilərsiniz. Ən  vacibi, ədyalı unutmayın - axşamlar buralar çox sərin  olur.

 
Piknik Azərbaycanda
 

Quba  Palace  Hoteldə  dostluq  pikniki, canlı musiqinin müşayiəti ilə ifa edilən rəqslər vüsət aldıqda, böyük ehtimalla mini-diskotekaya çevrilə bilər. Bir  sözlə, açıq səma altında yemək və istirahət üçün ideyalar sonsuzdur; əsas odur ki, Quba Palace Hotel-də  bunların hamısı realdır. Buna görə yalnız otelin əməkdaşlarına müraciət etmək lazımdır; onlar sizə həyatınızın ən unudulmaz piknikini təşkil etməkdə həvəslə yardım edəcəklər. Buranın təmiz, saf havası, ətraf aləmin göz oxşayan mənzərəsi - meşələri, dağları, gölləri, çiçəklənən təbiətin  rəngarəngliyi hər kəsin zövqünü  oxşayacaq.

Və bir fikir də sizi hər zaman isindirsin ki, yorğun halınızda bütün üstünlükləri ilə xidmət göstərən beşulduzlu rahat otel otağına qayıtmağınız çox zaman aparmayacaq. Siz, həmçinin, özünüzün improvizasiya  etdiyiniz “Relaks və zövq gününüzü oteldə, SPA-da davam edə bilərsiniz. Yaxud da, müasir sivilizasiyanın bütün üstünlükləri ilə təbiətdə istirahət arasında kəskin təzadı bir az da gücləndirərək, Diamond X gecə klubunda diskotekaya yollana bilərsiniz.

Bir sözlə, Quba Palace Hotel-də piknik -  asudə vaxt keçirmək üçün heç nə ilə müqayisə ediməyəcək bir istirahətdir. Axı bu-sadəcə piknik deyil; bu, Azərbaycanın əsrarəngiz təbiətli, füsünkar mənzərəli  rayonlarından olan Qubada, təbiət qoynunda “beş ulduz” kateqoriyalı piknikdir.

Diqər xəbərlər

Bütün məqalələr