09:30

04.02.2019

Azərbaycanda qolf

 
Azərbaycanda Qolf
 

Dünya üzrə qolf –nəhəng bir industriyadır, dünyanın 208 ölkəsində milyonlarla zəngin (və tək zəngin deyil) insanlar qolf oynayır. HSBC Bankın "2020-ci ilə Qolf İnkişafı Konsepsiyası" araşdırmasına əsasən, qolf inkişafını müəyyən edən trendlər planetimizin gələcəyini formalaşdıran trendlər ilə üst-üstə düşür.

Hazırda dünyada 33 min qolf meydanı var, bu da son deyil! Çünki bir çox ölkələrdə  qolf meydançasının olması turizm və restoran- otel biznesinin mühüm hissəsidir.

Qolfla bağlı turnir və tədbirlər dünyada ildə 2 milyard dollardan çox artıq vəsait toplayır, qolf-turizm bazarının həcmi isə 1milyard dollardan artıqdır.

 Ciddi iqtisadi göstəriciləri bir kənara qoyub, əminliklə deyə bilərik ki, qolf dünyanın ən populyar oyunlarından biridir. Onun azarkeşlərinin dəqiq sayını hesablamaq qeyri-realdır, lakin bütün rəsmi reytinqlərdə 450 milyon nəfərlik rəqəm göstərilir.

 

Azərbaycanda qolfun xüsusiyyətləri

Azərbaycanda qolf nisbətən yaxın zamanlarda populyarlaşıb: 2012-ci ildə Qolf Federasiyası yaradıldı ki, onun əsas məqsədi Azərbaycanda bir millət kimi bu oyunu anladıb, hörmət etdirib, öyrədib və sevdirsin.

Quba şəhəri, Quba Palace Hotel kompleksinin ərazisində yerləşən Azərbaycan Milli Qolf Klubu artıq IAGTO-nun (International Association of Golf Tour Operators) üzvüdür.

Qeyd edək ki, bu Cənubi Qafqazda unikal idman kompleksidir. Onun üstünlüklərindən biri də bütün personalın yalnız yerli kadrlardan ibarət olmasıdır (Quba, Qusar və Xaçmaz).

 

Qolf meydanı

Azərbaycanda Qolf

 

Kompleksin ümumi sahəsi 120 hektardır, onlardan 92 hektarı -əsas qolf meydanı, 75-i isə onun meydançalarıdır. Klub yalnız ərazi nəhəngliyi ilə deyil, həm də peyzaj möhtəşəmliyilə insanı valeh edir. Quba Azərbaycanın ən füsunkar rayonlarından biridir: uca dağlar və qalın meşələr bütün bu ərazini əhatə edir. Bundan əlavə, su maneələri üçün üç süni göl yaradılmışdır.

Lakin klubun ən əsas varlığı- 6410 metrlik ərazidə yerləşən «Mixed Stroke Play» formatlı 18 dəlikli qolf meydanıdır; burada, həmçinin, ABŞ Qolf Assosiasiyasının tələblərinə uyğun Green zonalar, geniş təlim meydançaları və s. var. Tikintidə, oyun meydanı və landşaft dizaynından başlamış  klub binasına qədər, hamısının memarlıq mütəxəssisləri John Hunt və Beynəlxalq Dizaynerlər qrupu olmuşdur.

 

Qolf turnirləri

 

Burada yaradılan şərait bütün beynəlxalq standartlara cavab verir ki, bu da   müxtəlif yüksək səviyyəli beynəlxalq yarışmaların keçirilməsinə imkan verir. Belə ki, 2014-cü ildə Qolf Federasiyası iki turnir keçirmişdir. Birincisi Heydər Əliyevin xatirəsinə həsr olunmuş bir günlük turnirdir. Tədbirdə 16 ölkədən 72 həvəskar iştirak etmişdir.

Həmin ilin yayında Azərbaycanda  Kanada, Hindistan, Fransa, İspaniya, İsveçrə, digər Avropa ölkələri, Koreya, ABŞ-dan 156 peşəkar qolfçunun iştirak etdiyi European Challenge Toure keçirilmişdir.

Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Estoniyadan oyunçular dəvət edilmişdir.  Hər gün meydanda minə yaxın qonaq toplanırdı, bu idman yarışması Europeantour.com saytında yayımlandı. Ümumilikdə, bu turnirdən videoreportajı 150 milyondan çox insan izlədi.

Azərbaycanda Qolf

 

Azərbaycan Milli Qolf Klubu

Bu gün Milli Qolf Klubu Azərbaycanda turizm sektorunun inkişafına böyük töhfələr verir. Quba Palace Hotel haqlı olaraq, regionda ən populyar sayılır; müxtəlif ölkələrdən bura qolfçular gəlir və qonaqların coğrafiyası ildən-ilə genişlənir.

 

Azərbaycanda Qolf

Eyni zamanda, qolf mədəniyyətinə hər kəs yiyələnə bilər: burada oyunun əsaslarını sizə həvəslə öyrədəcək işçi heyəti var. Buradaca qolf üçün zəruri geyim və avadanlıq əldə edə bilərsiniz, məşqlər arası isə ən yaxın restoranda dincələ bilərsiniz.

Azərbaycanlıların milli xüsusiyyətlərindən biri də eyni vaxtda təbiət füsunkarlığına və komforta olan qəribə məhəbbətidir. Buna görə də Milli Qolf Klubunun Qubada, beşulduzlu otelin çox yaxınlığında yerləşməsi təsadüfən deyil. Elə Qolf klubun əcnəbi qonaqlarına da, çoxsaylı rəylərə görə, füsunkar mənzərəli təbiət qoynunda istirahət son dərəcə xoşdur.

 

Diqər xəbərlər

Bütün məqalələr