09:00

06.06.2021

Qubada Stend atıcılığı

Stend atıcılığı

Bu gün zaman olduqca sürətlə keçir. Fiziklər bununla mübahisə edə bilər, lakin onlar da razılaşar ki, biz çox qaynar ritmli bir həyat yaşayırıq. Neyroelm, yəni insan beyninin fəaliyyətini araşdıran sahədə çalışan alimlər müasir dünyada hər bir kəsə düşən gündəlik informasiya axınını bizdən əvvəlki nəsillərin bir neçə ildə aldığı informasiya ilə müqayisə edirlər. Və təəccüblü deyil ki, bir çoxumuz daimi stress vəziyyətində yaşayırıq.  

Bundan qurtulmaq asan deyil, çünki müasir insan bəzən sərbəst, rahat olmağı bacarmır. Ona görə psixoloqlar stresi aktiv şəkildə, lakin adi gündəlik həyat tərzini tam yeni məşğuliyyətlə əvəz etməklə atmağı məsləhət görürlər.   

Nəzərə alsaq ki, hər işdə öncül yaponlar stress atmaq üçün xoşlamadıqları insanın maketini hər gün döyəcləyirlər, düşünürük ki, biz sizin istirahət günlərinizə ideal əyləncə növü tapmışıq. Əlbəttə, bu bir zarafatdır, ancaq hər bir zarafatda həqiqətin də yeri var. Bu baxımdan sizə edəcəyimiz təklif asudə vaxtınızda həm stress atmağınıza, həm əhval-ruhiyyənizi yüksəltməyə, həm formada qalmağa, ən başlıcası isə- təbiət qoynunda yaxşıca istirahət etməyə kömək edəcək.

 
Stend atıcılığı
 

Bu stend atıcılığıdır ki, onu həm idman növü, həm də hobbi hesab etmək olar. Hər mənada olduqca demokratik və əlçatmazdır. Hətta yenicə məşğul olmağa başlayan biri tezliklə əla nəticələr əldə edə bilər, çünki texniki cəhətlərini mənimsəmək elə də çox zaman tələb etmir. Demək olar ki, stendə ilk dəfə düşən hər kəs mütləq bir dəfə də olsa hədəfi vura bilir.

 
Stend atıcılığı
 

Ən sevindirici hal isə odur ki, stend atıcılığı idmanında yaş və cinsə görə heç bir məhdudiyyət yoxdur; arzu edən hər kəs bir dəfə də olsa özünü nişan almaqda və hədəfi vurmaqda sınaya bilər. Ən maraqlısı isə odur ki, stress halı nə qədər yüksək olarsa, hədəfi vurmaq da bir o qədər dəqiq olur. Bu da bir zarafatdır, ancaq stend idmanında birmənalı olaraq əsəbləriniz sakitləşəcək və sizi narahat edən  bütün problemlər unudulacaq. Axı atıcılıq xüsusi dəqiqlik və diqqət tələb edir; və sizin tam real bir hədəfə köklənməyiniz şüuraltınızı da başqa səmtə yönəlməyə, daha sonra sizi daxilən üzən gərginlikdən uzaqlaşmağa məcbur edəcək. Ancaq stend atıcılığına yalnız stress atmaq üçün vasitə kimi baxmaq düz deyil. Məsələn, kişilər üçün o yalnız dost-tanışa  təəssürat  bağışlamaq üçün deyil, həm də prosesin özündən və hədəfə vurmaqdan zövq almaq üçün lazımdır. Bu gün qadınlar da silahla heç də kişilərdən az maraqlanmırlar, hətta uşaqlara da silahla davranmaq mədəniyyətini aşılamaq olar. Yəni, stend atıcılığı ailənin asudə vaxtını gözəl keçirməsi üçün tam uyğun bir idman növüdür.

Bütün bunlarla yanaşı, stend atıcılığı həm də çox faydalı məşğuliyyətdir. Birincisi, bu təbiət qoynunda baş verir. İkincisi, stend meydançasında istirahət üçün xüsusi yer var. Üçüncüsü isə, lap əvvəldə qeyd etdiyimiz kimi, atıcılıq əvvəlcə adrenalini artırır, sonra isə emosiyanı azaldır ki, bu da stresi çıxarır.

Siz artıq özünüzü atıcı qismində görürsünüz, lakin bunu harada edəcəyinizi ki, bu həm istirahət, həm də bir “yenilənmə” olsun, bilmirsiniz? Biz deyərik: Quba Palace Hotel-də.

Burada stend atıcılığı otel tərəfindən təqdim edilən çoxsaylı maraqlı əyləncə növlərinin biridir. Və Qubada, gözəl təbiət qoynunda, büllur tək təmiz hava udaraq, əsrarəngiz mənzərəni seyr edərək stend atıcılığı ilə məşğul olmaq sonsuz bir həzzdir.

 

Stend atıcılığı-zövq, hobbi və idman; və ya stresə qarşı ən yaxşı vasitə Quba Palace oteldə

Özünüzü qısa müddət ərzində olsa da, cəsur bir ovçunun və ya cəsarətli amazon qadının yerində hiss edin, bu istirahət növündə sınayın-və siz onu uzun müddət sevəcək və unutmayacaqsınız. Daha çox dəqiq nişan aldıqca və hədəfi daha çox sayda vurduqca özgüvəniniz artacaq ki, bu da özünüzü qiymətləndirməyə və ümumilikdə həyatınızın keyfiyyətinə təsir edəcək. Və heç nədən qorxmayın: təlimçilər sizə həm silahı düzgün tutmağı, həm nişan almağı, həm də hədəfə çatmağı öyrədəcəklər.

Quba Palace Hotel-də bu gözəl məşğuliyyətin qiyməti cəmi iki manatdır. Bunun müqabilində isə siz stresdən və xroniki yorğunluqdan qurtulacaq, gözəl əhval rühiyyə, özünəinam və tam bir həyat eşqi qazanacaqsınız. Biz hesab edirik ki, bu psixoloqa vizitin (hərçənd, bu da lazımdır) gözəl alternatividir. Siz çox yorulsanız belə, Quba Palace Hotel-də gücünüzü tez bir zamanda bərpa etmək üçün hər cür şərait yaradılmışdır, məsələn, SPA-da.

Sizi stend atıcılığında gözləyirik, axı, tezliklə sezon başlayır!

 

Diqər xəbərlər

Bütün məqalələr