11:30
01.04.2019Quba Palace Hotel Hədiyyə kartları: əzizlərinizə xoş əhval-ruhiyyə bəxş edin!
Bu gün, çoxsaylı ixtisaslaşmış mağaza və butiklərin təklif etdiyi çeşid zənginliyinə baxmayaraq, əziz bir insan üçün hədiyyə seçmək asan deyil. Əlbəttə, insanın uzun müddət arzusunda olduğu qiymətli əşyanı vermək olar. Hər şey, necə deyərlər, istək və imkanınızdan asılıdır.
Bəs bir insana pulla alına bilinməyən şeyləri - unudulmaz təəssüratlar, uşaq sevinci və həyat sevinci duyğusu bəxş etsəniz necə? Düşünürsünüz ki, bu qeyri-mümkündür? Quba Palace Hotel-in xüsusi təklifi ilə hər şey mümkündür, axı, otel xidmətlərindən biri də Hədiyyə kartlarıdır ki, istənilən əlamətdar gün üçün ən qeyri-adi və ən yaxşı hədiyyə ola bilər.
Hətta münasibətlərinizdə yeni bir tarixinin yazılmasına səbəb ola bilər - əgər belə hədiyyəni sürpriz və ya sadəcə elə-belə təqdim etsəniz.
Hədiyyə kartı həqiqətən gözəl və unudulmaz bir hədiyyədir. Rahat nominal dəyəri sizin imkanınızdan asılı olaraq dəyişir, otel işçiləri isə hədiyyə olaraq təqdim etdiyiniz xidmətlərin çeşidini müəyyənləşdirməyə kömək edəcək.
Hədiyyə kartı Quba Palace Hotel-in bütün xidmətlərinə aiddir. Kart sahibi ondan istənilən otel otağı və ya villada yerləşmə haqqını ödəmək; SPA mərkəzinin və ya gözəllik salonunun xidmətlərinə sərf etmək; restoran və ya gecə klubunda ödəniş etmək; Quba Planet Əyləncə Parkına səfər etmək və ya otelin Qolf Klubun-da qolf dərsləri almaq üçün istifadə edə bilər.
Quba Palace Hotel-in əməkdaşları sizə ən yaxşı xidmət növlərinin seçimini və Hədiyyə Kartı sahibinə ən yaxşı servisi təmin edəcəklər. Məsələn, otelin SPA mərkəzində eksklüziv prosedurlar və ya kart sahibinin kanat yolu ilə çatdırılacaq restoranda romantik şam yeməyi sifariş edə bilərsiniz.
Bu halda, hədiyyə alıcısı onun dəyərini bilməyəcək, çünki siz yalnız Hədiyyə Kartı təqdim edirsiniz ki, bu da hədiyyə verənin artıq seçdiyi otel xidmətlərinin ödənilməsini təsdiq edən bir sənəddir.
Quba Palace Hotel Hədiyyə kartları – istənilən otel xidmətinin universal açarıdır. Onu hədiyyə edərək, siz eyni anda alıcıya qayğı, sağlamlıq, rahatlıq və yaxşı əhval-ruhiyyə bəxş edirsiniz. Bütün bunlarla xoşbəxt kart sahibini otel işçiləri təmin edəcək.
Bir-birinizə qeyri-adi hədiyyələr verin! Əzizlərinizə gözəl əhval bəxş edin!