14:55

08.02.2019

Azərbaycanda ailəvi istirahət 

 
Azərbaycanda ailəvi istirahət
 

Birgə istirahət – istənilən ailədə yaxşı abı-havanın zəminidir. Lakin uşaqlar olduqda, bir çox valideynlər istirahət yerinin seçimində müəyyən çətinliklərlə üzləşir. Çünki uşaqlarla, xüsusən də kiçikyaşlı uşaqlarla istirahət, bəzən valideynlər üçün gerçək istirahət olmur.

Bəs həftəsonunu fayda və zövqlə keçirmək, şəhərdən kənara çıxmaq, təmiz hava udmaq və eyni zamanda ailənin gənc üzvlərini sevindirmək üçün nə etməli?  İki uyğun olmayan vəziyyəti, yəni ağır iş həftəsindən sonra özünüzə istirahət verib, SPA da dincəlib, restoranda nahar etməyi və eyni zamanda uşaqlara da  "doyunca" əylənmək imkanını necə birləşdirmək olar? Əlbəttə ki, növbəti moll-a, uşaq əyləncə mərkəzi və ya kafeyə gedə bilərsiniz, lakin yaxşı istirahət üçün bu kifayət deyil. Və nəhayət –həm bədən, həm də beyinə rahatlıq vermək üçün vaxtaşırı mühiti dəyişmək  lazımdır.

 

Ailəvi istirahət üçün ən yaxşı seçim

 
Azərbaycanda ailəvi istirahət
 

Buna görə də şəhər kənarına getmək - düzgün qərardır; yol sizi yormasın deyə isə təyinat yeri kimi Quba-Xaçmaz bölgəsini seçmək daha yaxşıdır. Şəhərdən cəmi iki saatlıq yoldur, təbiətin möhtəşəmliyindən alınan təəssürat isə bir neçə aya bəs edər. Burada yerləşən Quba Palace Hotel isə digər arzularınızı həyata keçirməyə imkan verər. Belə ki, burada yüksək səviyyəli ailə istirahəti üçün bütün şərait yaradılmışdır.

 

Uşaqlarla ailəvi istirahət

Azərbaycanda ailəvi istirahət
 

Birincisi, ilin isti aylarında burada möhtəşəm Quba Planet Əyləncə Parkı fəaliyyət göstərir. Burada uşaqlıq dövründə arzuladığınız, lakin ölkədə o zaman belə attraksionların olmaması səbəbindən görmədiyiniz hər bir şey mövcuddur. Bütün bunlar sizin uşaqlarınızı çox sevindirəcək. Məşhur amerikan sürüşkənləri (roller coasters), qorxu otaq, qatar və avtodromda maşınlar- bütün bunlarda əylənmək üçün sizə bütöv bir gün lazım ola bilər. Ətrafdakı möhtəşəm mənzərə emosiyalarınızı bir az da coşduracaq, ona rəngarənglik və təravət qatacaq. Tək təmiz dağ havası nəyə desən dəyər! Biz hələ dağların möhtəşəmliyi, göz görüncə uzanan yaşıl tarlalar, sakit göllər və sıx meşələrdən danışmırıq.

 

Azərbaycanda ailəvi istirahət

 

İkincisi, otelin özündə hər yaşda uşaqlar üçün hər bir şeyin olduğu gözəl  Uşaq əyləncə mərkəzi var: elektron və masaüstü oyunlar, cizgi  və bədii filmlər nümayiş olunan kinozal, karnavala qatılma imkanı (və hətta özünün maska ​​düzəltmək imkanı!), sevimli nənə üçün kiçik xalça toxumaq, rəqs etmək, sevimli qəhrəmanlar ilə oxuyub-oynamaq və hətta intellektual oyunlar oynamaq imkanı. Valideynlərin bu əyləncələrdə iştirakı vacib deyil: siz uşaqları mərkəzdə çalışan peşəkar tərbiyəçilərin öhdəsinə buraxa bilərsiniz; onlar uşaqlarınıza həm baxacaq, həm yedizdirəcək, həm də onları məşğul edəcəklər. Narahat olmayın: uşaqlarınızın hər addımını birbaşa smartfonunuzdan videokamera ilə izləyə bilərsiniz.

 

Azərbaycanda ailəvi istirahət

 

Siz isə bu zaman balıq tutmağa gedib, və ya atıcılıqla məşğul oluv, yaxud, qolf və ya boulinq oynaya bilərsiniz. Və ya, SPA-ya gedir, istirahət edib, sonra isə gözəllik salonunda imicinizi dəyişə bilərsiniz.

 

Ailə restoranları

Azərbaycanda ailəvi istirahət
 

Əminik ki, axşam saatlarında, otel restoranlarından birində şam etdikdən sonra otağınıza (onların hər biri ayrı bir alımdir) qalxdıqda müsbət emosiyalarla, gözəl təəsüratlarla doymuş uşaqlarınız tez bir zamanda yuxuya gedəcək.Və siz gecə klubunda istirahət edə və ya konsertə gedə bilərsiniz.

 

Oteldə ailə otağı

Семейный отдых в Азербайджане
 

Yeri gəlmişkən, otaqlar haqqında: "Ailə" otaqları 4 nəfər üçün nəzərdə tutulmuşdur, lakin lazım gəlsə daha bir ailə üzvünü və ya iki balaca uşağı yerləşdirə bilərsiniz. Hələ bu otaqdan dağlara və ya gölə açılan mənzərəyə bax! Siz, həmçinin, digər otaqları, hətta, göl kənarında villa da seçə bilərsiniz.

 

Təbiət qoynunda istirahət

Семейный отдых в Азербайджане
 

Əsas odur ki, Quba Palace Hotel-də təbiətə yaxınlıq, sükut və möhtəşəm hava; sivilizasiyanın bütün nailiyyətləri; və, sizin neçə və hansı yaşda uşağınızın olmasından asılı olmayaraq  istirahət etmək və rahat əylənmək imkanınız harmonik olaraq uzlaşır.

 

Семейный отдых в Азербайджане
 

Ailəvi istirahət üçün daha yaxşı bir yer yoxdur! Gəlin və özünüz əmin olun.

 

Diqər xəbərlər

Bütün məqalələr