15:00

01.03.2019

Quba Palace Hotel villaları – gerçəkdə nağıl

 
Quba Palace Hotel villaları
 

Yəqin ki, bir çoxunuz qeyri-adi sevgi hekayəsindən bəhs edən gözəl və bir qədər sürreal "Göl qırağında ev" filmini görmüsünüz. Bu fantastik dramın, bilavasitə iştirakçılarından əlavə, bir əsas qəhrəmanı da mənzərəli gölün ətrafındakı evin özüdür. Biz əminik ki, bir çoxlarınız bu filmi izlədikdən sonra belə füsunkar görünüşlü təbiətdə özünüzə ev almaq və ya şəxsi ev tikdirmək həvəsinə düşmüsünüz.

Lakin ... şəhər mühitində bu çətindir. Seçim olaraq, əlbəttə də ki, şəhərətrafı bir yerdə ev tikə bilərsiniz, lakin bu, uzun və bahalıdır. Amma belə gözəl evdə istirahət etmək olduqca realdır. Eyni zamanda, öz gələcək evinizi "xəyal etmək", fikirlərinizdə gerçəkləşdirmək  mümkündür. Əminik ki, hətta siz əsl meqapolis sakini olsanız belə, təbiət qoynunda daim yaşayışı təsəvvür etməsəniz də, yenə də burada, sükutu yalnız cırcıramaların səsi, su sıçraması və ... havanın kristal saflığı pozduğu yerdə bir neçə gün qalmağa etiraz etməzsiniz.

 
Quba Palace Hotel villaları
 

Bütün bunlar, gözəl otel otaqlarından əlavə, istənilən zövqə uyğun möhtəşəm villaları olan Quba Palace Hotel-də mümkündür. Taxtadan hazırlanmış, çox davamlı və qeyri-adi gözəlliyə malik bu evlər elə yerləşdirilib ki, heç nə və heç kim sizin təbiətlə birliyinizi pozmasın. Dağlara, meşələrə açılan möhtəşəm mənzərə, Milli Qolf Klubunun geniş qazonu otelin villalarından birində qalmağı seçən hər kəs üçün pulsuz bonusdur. Bütün villalar fərqlidir ki, bu da sizə ürəyinizcə olanını seçməyə imkan verəcək.

 

 "Urmiya" villası

 
Urmiya villası
 

Əgər siz həmin filmin pərəstişkarısınızsa, əlbəttə ki, süni, lakin gözəlliyi və sakitliyi ilə heyran edən gölün qırağında bir villa seçəcəksiniz. Məsələn, "Urmiya" adı altında birləşən villalardan birini. Geniş olmağından əlavə (burada dörd yataq və dörd vanna otağı, iki qonaq otağı, istirahət və masaj otaqları, istirahət zalı, fitness-zal və kinoteatr var), burada əsl türk hamamı da var. Özünüzü gerçəkdən ev sahibi kimi hiss etməyiniz üçün villada qonaq otaqları da (ikinci mərtəbədə) nəzərdə tutulub. Villanın interyerinin və dəbdəbəli eksteryerinin hazırlandığı materialların həqiqiliyi barədə hələ danışmırıq. Həmçinin, bura krallara məxsus zənginliklə bəzədilmişdir. Amma ən başlıcası –sizin evinizin (bəli, istirahət dövründə sizin olan evin) pəncərələrindən açılan görünüşdür:  günün istənilən vaxtı sizin nəzərinizə əsrarəngiz mənzərələr açılır. Burada xüsusi mantralar tətbiq etmədən meditasiya edə bilərsiniz: sizin mümkün qədər rahatlaşmanızı, bütün problemləri buraxıb başqa bir insan olmağınızı təbiət və hava özü təmin edəcək.

 

"Manna" və "Midia" villaları

 
Manna və Midia villaları
 

"Manna" adlandırılan villa böyük məkanları sevməyən və darıxdırıcı gündəlik həyatdan dincəlməyə qərar verən rəfiqələr və ya yeni evlənənlər üçün daha uyğun olacaq. Villanın sahəsi böyük deyil, lakin burada gözəl teras, günəş vannaları qəbul etmək üçün xüsusi zona, hamam və ən əsası, rahat interyer, pəncərələrdən görünən möhtəşəm peyzaj və həsrətində olduğunuz səssizlik var...

Bütün villaların ən gözəli, əlbəttə ki, "Midiya"-dır. Bu, 445 kvadratmetri əhatə edən üçmərtəbəli saraydır. Burada, yaşından asılı olmayaraq, zərif cinsin hər bir nümayəndəsi özünü şahzadə kimi hiss edəcək. Çünki bu möhtəşəm gözəlliyin hətta vizual seyri   təntənəli, eyni zamanda romantik, əhval-ruhiyyə yaradır. Siz sanki süjetini özünüz düşündüyünüz bir nağıla düşmüş olursunuz. 

Villanın üçüncü mərtəbəsindən otelin bütün ərazisini seyr edə bilərsiniz, açıq balkon isə vücudunuzun hər bir hüceyrəsi ilə havanın təmizliyini və təbiətlə birliyinizi hiss etməyə imkan verir.

 

"Atropatena" villası

 
Atropatena villası
 

Əgər siz "dağlardan yaxşı yalnız dağlar ola bilər" deyə düşünürsünüzsə, "Atropatena" villası məhz sizin üçündür. Burada dağlar hər bir pəncərədən görünür; açıq havada öz hovuzunuzda bu mənzərəni seyr edərək üzmək isə - görünməmiş bir zövqdür. Və narahat olmayın: hovuz qızdırılır, və hətta ən soyuq mövsümdə belə siz özünüzü batterflay kralı kimi hiss edə bilərsiniz.

Kimsə demişdir ki, uyğunsuzları uzlaşdırmaq mümkün deyil, lakin Quba Palace Hotel bu bəyanatla mübahisə etməyə və hətta mübahisəni udmağa da hazırdır. Çünki burada hər şey mümkündür.

Yalnız burada siz, eyni zamanda sivilizasiyadan ayrılaraq, sükutdan və təbiətə yaxınlıqdan zövq alıb, istədiyiniz vaxtı rəngarəng və çalçağırlı real müasir dünyaya qayıda bilərsiniz. Bunun üçün, sadəcə, mənzərəli ərazidə gəzib, otel restoranlarından birinə girmək (yeri gəlmişkən, hər zövqə uyğun menyusu olan) və ya gecə klubuna getmək lazımdır. Yalnız burada, meşə və dağlar əhatəsində əsl taxta evdə həyatın bütün zövqlərini daddıqdan sonra, asanlıqla evinizə masaj sifariş edə, və ya otelə gedərək SPA və gözəllik salonuna baş çəkə bilərsiniz.

İnanın ki, əgər bir az təxəyyülünüz və möcüzəyə inamınız varsa, burada, bu gözəl villalarda, başqa bir nağıl süjeti olmasa da, öz nağılabənzər gələcəyinizi dəqiq proqramlaşdıracaqsınız. Gerçəkdən, bir nağıl varsa, o burada, Quba Palace Otel-dədir.

 

Diqər xəbərlər

Bütün məqalələr