14:20

14.02.2019

Özünəinamı necə bərpa edib həyatı sevmək, və ya, "Quba Palace Hotel" depressiyaya qarşı vasitə kimi

(ayrıca nəşrə layiq  bir qonağımızın rəyi)

Özünəinamı necə bərpa edib həyatı sevmək
 

Sizdə belə olubmu ki, istirahət etmək istəyirsiniz, amma harasa xaricə getməyə  nə vaxtınız var, nə də həvəsiniz?  Orqanizmin təkidlə istirahət tələb etdiyi, stress səviyyəsinin həddən ziyadə yüksəldiyi, reallıqla əlaqənin itdiyi bir dövr, mizantropa çevrilmə ehtimalı olubmu? Mənim olub.

Üstəlik, sevgilimlə çox ciddi mübahisəmiz düşdü: o, aktiv istirahət həvəskarıdır: qışda dağ xizəyilə Şahdağı fəth edir, yayda isə okeandan dalğıclıq edir, ən yaxşı halda golf oynayır. Mənim ərköyünlüyümü qəbul etmədiyindən, ondan çox incidim və həftəsonu azadlıq havası (əlbəttə ki, dağ havası) udmaq məqsədilə harasa getməyə qərar verdim.

 
Özünəinamı necə bərpa edib həyatı sevmək
 

"Hara gedəcəyimi" çox tez müəyyən etdim: dağları və təbiəti sevdiyimdən və aktiv istirahət etməyi düşünmədiyimdən diqqətimi çox sevdiyim Qubaya yönəltdim. Məşhur “buking”-də mənim diqqətimi çəkən ilk otel Quba Palace Hotel oldu.  O, məni valeh etdi: nağıllardakı saraya bənzər, dağların, tarla və göllərin əhatəsində yerləşən,  şəhərə kifayət qədər yaxın, eyni zamanda, meqapolisin səs-küyündən uzaq otel sanki pıçıldayırdı: "Gəl, burada sənə hər şeydən və hər kəsdən istirahət etmək üçün hər şey var".  Otelin saytına girdikdə burada mənim istirahətim üçün ən vacib şeylərin olduğunu aşkar etdim: Spa, bir neçə növ masaj ilə, gözəllik salonu, hamam, hovuz, hər zövqə uyğun mətbəxi olan restoranlar, boulinq və hətta gecə klubu.

Qəribə bir sevinclə atıcılıq stendi (hətta öz “hədəfimi də” gördüm) və qolf da aşkar etdim. "Yaxşı, əzizim, indi dayan” dedim", mən qolf oynamağı öyrənəcəm, sonra kimin ərköyün olduğunu görərik!"

 
Özünəinamı necə bərpa edib həyatı sevmək
 

Otaq seçmək asan deyildi: mən xeyli "dağ mənzərəsi" və "göl mənzərəsi" arasında vurnuxdum, nəticədə iki yataqlı gözəl, rahat bir otaq tapdım. Tək  getməyə cəsarət etmədim və sevimli bacımı da götürdüm (buna görə o məni indi daha çox sevir).

 
Özünəinamı necə bərpa edib həyatı sevmək
 

Əlbəttə ki, idealda əsl saraya bənzər villalardan birini kirayələyib özümü oranın sahibəsi kimi hiss etmək istərdim.  Orada hər bir şey mənim istədiyim kimidir: taxta döşəmə və divarlar, isti yumşaq xalçalar, hovuzlar…

Amma sonra düşündüm ki, hovuz yayda (o açıqdır) daha rahat olacaq, və daha yaxşı olar ki, bunları mənim gələcək ərim ödəsin. Fikir verdinizmi? Hələ seçim edərək, mən artıq mülayimləşməyə başladım və demək olar, xəyalən onunla barışdım.

Nə isə, villanı bir xəyal olaraq kənara qoyub, seçdiyim otağı sifariş etdim və bacım ilə yola düşdük.

 
Özünəinamı necə bərpa edib həyatı sevmək
 

Zənnim məni aldatmadı: şəhərdən çıxdığımız andan stress geriləməyə başladı. Otelə yaxınlaşdıqda isə mən xoşbəxtliyin nə olduğunu və nağılın həqiqət olduğunu anladım. Nəhəng qolf meydanı öz genişliyi, relyefi və gələcək qələbələr vədi ilə mənim sevgimi qazandı. Güman ki, burada  keçirilmiş çempionatlar atmosferi zəfər və uğur ruhu ilə zənginləşdirmişlər, çünki mən dərhal özümü çox yaxşı hiss etdim.

 
Özünəinamı necə bərpa edib həyatı sevmək
 

Nəhayət, biz tam yerləşdikdən sonra mən anladım ki, ən yaxşı antidepressant- mühitin dəyişilməsidir. Üstəlik, belə dəyişiklik: sadəcə təbiətə deyil, məhz Quba təbiətinə getmək kimi. Qarın ağ örtüyü sərt dağ mənzərəsini yumşaldır, göllərin sakit səthi ruhumuzu oxşayırdı. Sadəcə, pəncərə qarşısında oturub seyr edərkən artıq xoşbəxt ola bilərsən….depressiya geridə qaldı, bütün dünyanı, bu gözəl məkanı, bütün insanları sevirsən, öz Vətəninlə qürur duyursan…

Yeri gəlmişkən, xidmət haqqında məlumat verməyi unutdum: çox tez baş verdiyindən  bizi necə qeydiyyata aldıqlarını belə anlamadım; personal da çox nəzakətli idi. Otaqda bizi yumşaq xalat, dəsmal və kosmetik dəst (bu arada, biz istehsalçını dəqiqləşdirmək istərdik, çünki çox xoşumuza gəldi) olan rahat vanna otağı gözləyirdi. Qızlar üçün xüsusilə vacib olan fenin olması da xoşdur.

Hər bir otaqda olan eyvan xüsusi sevincimizə səbəb oldu: biz selfi etmək və büllur tək təmiz dağ havasından zövq almaq üçün dərhal ora çıxdıq.   

 
Özünəinamı necə bərpa edib həyatı sevmək
 

Bacımla mən hər bir şeydən faydalanmağı qərara aldıq və işıqlı restoranda səhər yeməyindən sonra SPA-ya getdik. Hamam və masajdan sonra necə yorulduqsa,  günortaya qədər yatdıq.

Sonra əyləncələr ilə tanış olmaq qərarına gəldik.  Təlimatçının köməyi ilə bütün "qorxu, şübhə və streslərimi" uğurla “güllələdikdən” sonra mənim hətta nəfəsimdə genişləndi. Sonra düşündüm ki, qolf haqqında məlumatı, necə deyərlər, elə birinci əldən alım. Klubun əməkdaşları qolf haqqında o qədər maraqla danışdılar ki, mən dərhal ora üzv oldum. Yayda buranın necə möhtəşəm olduğunu təsəvvür etdim, həm də oyun da mənə əvvəlki qədər darıxdırıcı gəlmədi. Gələcəkdə bu 18 dəlikli qolf meydanını mütləq sınaqdan keçirəcəm. Onu mənə çox tərifləyiblər, unikallığını çox vurğulayıblar.

 
Özünəinamı necə bərpa edib həyatı sevmək
 

Axşam bacımla launj-bara getdik-bura çox rahatdır, gözəl musiqi, dadlı desert və kokteyylər var. Necə məmnun qaldığımızı demək artıqdır….Hamıya psixoloq əvəzinə bura gəlməyi məsləhət görürəm. Şəhərdən cəmi 2 saatlıq yoldu, təəssürat isə-bir ilə bəsdir. Amma bir il - çox böyük müddətdir, çünki bura dərhal qayıtmaq istəyirsən.

 
Özünəinamı necə bərpa edib həyatı sevmək
 

Bu oteli bütün rəfiqələrimə, ailə qurmuş dost-tanışlarıma məsləhət görürəm: onların uşaqlarının burada valideynlərindən də çox əylənmə imkanı var. Valideynlər SPA-da dincələrkən (və ya balıq tutmağa getdikdə) uşaq əyləncə mərkəzində animatorlar uşaqlarla məşğul olacaq. Quba Planet fantastik əyləncə mərkəzində ailəlikcə aktiv istirahət etmək olar.

Mən dəqiq bilirəm ki, bura yenə dönəcəm.

 

Diqər xəbərlər

Bütün məqalələr