15:20

04.01.2019

Azərbaycanda qış istirahəti

 
Azərbaycanda qış istirahəti
 

Bu günün trendi- aktiv istirahət, sağlam həyat tərzidir və qış istirahəti də istisna deyil. Azərbaycanda da bir çoxları aktiv istirahəti – dağ xizəyi və ya skeytbordlarda sürüşməyi, səhər idmanı zamanı qar ilə yuyunmağı, soyuq qış gölündə və ya şəlalədə çimməyi (əlbəttə ki, donmayıblarsa) üstün tuturlar.  

Bəs siz, üstünlüyü drayva deyil,  kamin qarşısında sakit axşamlara verirsinizsə, və sizin üçün ən yaxşı istirahət-komfort və sakitlikdirsə, nə etməli? Aydındır ki, arzu etdikdə bütün bunları hətta paytaxtda da (xüsusən də, romantiksinizsə) yaşamaq olar.  Amma yağış yağdıqda, Bakı küləyi adamı az qala yıxdıqda, sərt soyuq sümüklərə işlədikdə, havanın hərarəti arktikadakına yaxınlaşdıqda – isti ocağınızda qaynar çay artıq xoşbəxtlik və həyatdan məmnunluq deməkdir. Amma bu- qış istirahəti deyil ...

 

Azərbaycanda qışda harada və necə istirahət etmək olar?

Daha ciddi yanaşsaq, xatırlamaq kifayətdir ki, Azərbaycanda on bir iqlim qurşağından doqquzu mövcuddur və əgər siz əsl qarlı, eyni zamanda yumşaq və nağılabənzər qış arzulayırsınızsa-- istirahət üçün ən düzgün istiqamət - Quba-Xaçmaz rayonudur.

 
Azərbaycanda qış istirahəti
 

Birincisi, burada bir çox görməli yerlər var (yüksək dağ kəndi Xınalıq, Çıraqqala qəsri, Təngəaltı dərəsində qışda donmuş Afurça şəlaləsi), dəniz sahilində Yalama, Səkinə xanım məscidi, Cümə məscidi, XVI əsrin türbəsi, qədim şərq hamamları və s. İkinci, buranın füsunkar təbiəti var.

Beləcə, fəal qış istirahəti (hətta yalnız ekskursiyalardan ibarət) sizin üçün deyilsə və yeganə məqsədiniz –sadəcə dolğun istirahət edib, “yenilənmək”, müsbət enerji toplamaqdırsa, Quba təbiətinə səyahət ən doğru seçimdir. Doğrudur, qışda, yumşaq desək, buralar soyuq olur, və təbiətdən zövq almaq üçün komfortlu istirahət zonası daha yaxşıdır ki, təmiz havada gəzintidən sonra qızınmaq üçün yer olsun.

 
Azərbaycanda qış istirahəti
 

Quba Palace Hotel - Bu otel dağlar, meşələr və göllər əhatəsində yerləşib və qış mövsümündə nağıllardakı qəsrlərə bənzəyir. Bura, həqiqətən də, Azərbaycanda qış istirahəti üçün ideal yerdir. Rahat otaqların panoramlı pəncərələrindən sərt qarlı dağlara və ya buzlu dumanla örtülmüş göllərə açılan mənzərədən dincəlmək olar. Həmçinin, otelin villalarında da qalmaq olar ki, burada  təbiətlə birlik hissi daha da dolğunlaşır; bu hiss axşamlar, pəncərələrdən qarlı meşələr və dağların yalnız siluetləri sezilən vaxt daha da təsirli olur.

Otelin mənzərəli ərazisində gəzinti, təmiz, qış vaxtı büllur tək şəffaflaşan dağ havası ağciyərlərinizi ozonla, bədəninizi enerji ilə doyuzduracaq. Açdıqda isə otelin restoranlarından birində zövqünüzə uyğun mətbəx seçib nahar etmək, çox yorulduqda – müxtəlif növ masaj (Tay, Bali, Hindistan masajı), hovuzlar, hamam, gözəllik salonu  olan SPA-mərkəz xidmətinizdədir... Əlbəttə ki, uşaqları uşaq əyləncə və ya oyun mərkəzinə göndərib  sadəcə fitneslə məşğul olub və ya boulinq oynamaq olar. Axşam isə - müntəzəm olaraq yerli və xarici ulduzların konsertlərinin keçirildiyi bara gedə, və ya sadəcə diskotekada ürəkdən rəqs edə bilərsiniz.

 
Azərbaycanda qış istirahəti
 

Bir sözlə, burada yenidən həyatın dadını duymaq olar. Burada qışda hətta yaydakından da yaxşı istirahət etmək olar. Rahatlıq, istilik, əsrarəngiz təbiət, dadlı yemək, müxtəlif əyləncələr, hər bir hüceyrə ilə duyulan həyat eşqi - dolğun istirahət üçün daha nə lazım? Burada yaşamaq, hər ötən anı sevmək, təbiətə səxavətinə görə təşəkkür etmək və buranı tanıdığın üçün talehinə minnətdar olmaq istəyirsən.

 

Diqər xəbərlər

Bütün məqalələr