13:50

11.03.2019

Azərbaycanda istirahət

 
Отдых в Азербайджане - Прекрасная Губа
 

Böyük İpək Yolunun bir hissəsi olaraq, Azərbaycan qədim zamanlardan dünyanın hər yerindən turistləri cəlb etmişdir (o vaxt onlar səyahətçi adlanırdı); onların sırasında    məşhur yazıçılar, şairlər, alimlər, tarixçilər də var idi. Bu haqda məlumata hətta Herodot, Strabon və Klavdi Ptolemeyin antik əsərlərində rast gəlinir.

Bu gün Azərbaycan yenidən populyarlaşıb və bu heç də təəccüblü deyil. Şərq koloritinin Avropa təkamülü ilə uzlaşdığı odlar yurdu; doqquz iqlim qurşağının bir-birini əvəz edən bir ölkə; qədim ənənələrin və dünyaya müasir baxışın vəhdəti.. Bura füsunkar təbiəti, məşhur Qafqaz qonaqpərvərliyini, dadlı və rəngarəng mətbəxi də əlavə edin ... və bu qeyri-adi ölkə haqqında alacağınız təəssüratın çox az bir hissəsi olacaq.

Azərbaycanla daha yaxşı tanış olmaq, onu öyrənmək, hiss etmək, anlamaq üçün bura gəlmək lazımdır.

 

Rəqəmlər və faktlar

Отдых в Азербайджане - Прекрасная Губа
 

Azərbaycan Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir. Əhali sayına (9,8 milyon insan) və sahəsinə görə (86,600 kvadrat metr) Cənubi Qafqazın ən böyük ölkəsi sayılır. Burada 7,500-dən çox təbii, arxeoloji, memarlıq və tarixi abidələri olan tarixi və mədəni irs vardır. Yeri gəlmişkən, "Odlar yurdu" adı da təsadüfi deyil: bir zamanlar burada Zərdüştlər (atəşpərəstlər) yaşamışlar ki, bu haqda çox qədim sübutlar olan qayaüstü rəsmlər, tanrı heykəlləri və qədim məbədlər qorunub saxlanmışdır. Bu gün atəşli ritorika Bakının yeni simvolunda - FlameTowers qüllələrində öz əksini tapmışdır.

 

Ölkədə "Yer üzündəki cənnət" - Quba

Отдых в Азербайджане - Прекрасная Губа
 

Azərbaycan təbiətinə xüsusi diqqət yetirmək istərdik: onun rəngarəngliyinə həsəd aparmaq olar. Burada çoxsaylı çaylar, o cümlədən gur dağ çayları, həmçinin, səs-küylü şəlalələr və sıx meşələr, mineral bulaqlar və palçıq vulkanları da vardır. Və birdə: dadlı meyvə-tərəvəz, qoz-fındıq və təbiətin digər nemətləri...

Azərbaycana ilk dəfə gələn turistlərin əksəriyyəti ilk təyinat məntəqəsi olaraq paytaxt Bakını seçir. Amma ölkəni daha yaxından tanımaq istəyənlər üçün ən yaxın və ən gözəl Quba-Xaçmaz rayonunu ziyarət etməyi tövsiyə edirik. Bakıdan cəmi 168 km-lik məsafədə yerləşən rayona  ikicə saata çatmaq olar.

Quba Böyük Qafqazın Şahdağ dağının şimal-şərqində, Qudialçay çayının sahilləri yaxınlığında, dəniz səviyyəsindən 600 m-dən çox yüksəklikdə yerləşir. Onun mərkəzi olan möhtəşəm Quba şəhəri öz görməli yerləri, alma bağları və qeyri-adi xalçaları ilə məşhurdur. Rus yazıçısı Bestujev-Marlinskiy Qubanı "Yer üzündə Cənnət" adlandırmışdır. Buranı, həmçini, təbiətinə, qonaqpərvərliyinə və dadlı mətbəxinə heyran olmuş fransız yazıçısı Aleksandr Duma, 150 il sonra isə onun nəvəsi ziyarət etmişlər.

Burada irili-xırdalı 100-dən çox  çay axır ki, onların əksəriyyətinin suyu tərtəmiz və içməlidir. Bunlardan ən böyüyü Agçay, Qaraçay, Vəlvələçay və Qudialçaydır. Azərbaycanın təbiət abidələri siyahısına salınmış məşhur Afurça şəlaləsi Vəlvələçayın üstündə yerləşir. Şəlalənin yaxınlığındakı yarğanda ölkənin Qırmızı kitabına düşmüş ağbaş qartallar koloniyası yaşayır. Yaxınlıqda yerləşən Gəcrəş  turistlər arasında çox populyardır: burada sız meşənin kölgəsində istirahət edə bilərsiniz.

Bu çayların ən böyüyü Qudialçaydır - uzunluğu 108 km olan çay Tufandağ (Böyük Qafqaz dağları) dağ zirvəsindən, 3000 metr hündürlükdə başlayır. Çay yatağının ümumi sahəsi 799 kvadratmetrdir! 1910-cu ildə məhz Qudialçay çayında daşdan unikal Tağlı körpü tikilmişdir.

Lakin sadaladığımızın hamısı Qubaya səfər edərək görə biləcəyinizin yalnız az bir hissəsidir.

 

Harada istirahət etmək olar?

 
Отдых в Азербайджане - Прекрасная Губа
 

Səyahətinizi komfortlu olması üçün Quba ilə tanışlıq dövründə möhtəşəm Quba Palace Hoteldə qalmanızı təklif edirik.

Dəbdəbəli beşulduzlu otel yerləşdiyi möhtəşəm təbiəti mükəmməl şəkildə tamamlayır. Möhtəşəm dağlar, mənzərəli göllər, Milli Qolf Klubunun çəmənliyinin yaşıllığı oteli əhatə edən canlı "dekorasiyalardır". Otel Quba şəhər mərkəzindən  cəmi 7 km məsafədə (Bakıdan 171 km məsafədə) yerləşir. Sizin xidmətinizdə - göl və dağlara açılan, istənilən zövqə uyğun 212 dəbdəbəli otaq, 26 villa, bir neçə masaj növü olan SPA kompleksi, türk və fin hamamı, gözəllik salonu və çeşidli  mətbəxlər təqdim edən bir neçə restoran.

Bu möcüzəvi oteldə heç bir şey etmədən, yalnız pəncərədən ətrafı seyr edib, təmiz havadan zövq alıb passiv istirahət edə bilərsiniz. Lakin sizə otelin xidmətlərindən istifadə edib, unikal 82 dəlikli qolf sahəsində qolf oynamağı (Qolf Club əməkdaşları sizə kömək edəcək) məsləhət görürük.  

Aralanıb, hər şeydən və hər bir kəsdən dincəlmək istəyirsinizsə, balıq tutaraq "meditasiya" edə bilərsiniz. Bir az əsəbisinizsə - atıcılıqda özünüzü sınaya və ya boulinqlə və avtomat oyunlarla məşğul ola bilərsiniz; sonra isə istirahət edib, gecə klubunda rəqs etmək olar. Elə buradaca  gələcək qələbələr üçün adrenalin sıçrayışını əldə edə biləcəyiniz nəhəng Quba Planet əyləncə Parkı da var. Əgər siz uşaqları da götürmüsünüzsə, məhz onlar üçün, bir çox maraqlı əyləncəsi olan Uşaq Əyləncə Mərkəzindən əlavə, peşəkar tərbiyəçilərin xidmətləri də nəzərdə tutulub.

Отдых в Азербайджане - Прекрасная Губа
 

Bir sözlə, Quba Palace Hotel  yaradılmışdır ki, siz gücünüzü tez bir zamanda bərpa edib, Qubanın yeni, kəşfedilməmiş yerlərini fəth etməyə yollanasınız. Gülərüzlü personal, komfort və servis sizin bura qayıtmanıza zəmin yaradır.  Həm otelə, həm Qubaya, həm də Azərbaycana.

 

Diqər xəbərlər

Bütün məqalələr